BAKI, 7 sentyabr — Sputnik. Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar sentyabrın 6-da axşam saatlarında rayonun Dandıx kəndinin ərazisində yaradılmış qərargahda növbəti əməliyyat müşavirəsi keçirilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qərargahın rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə keçirilən müşavirədə nazirliyin, Qəbələ rayon icra hakimiyyətinin rəhbər şəxsləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Müşavirədə çıxış edən nazir müavini Etibar Mirzəyev görülmüş operativ tədbirlər nəticəsində Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik və hündür dağlıq ərazilərdə baş vermiş yanğınların tam nəzarətə alındığını və hazırda yanğınsöndürmə işlərinin əsasən, bəzi çətin relyefə malik ərazilərdəki kiçik közərmə (tüstüləmə) sahələrində aparıldığını bildirib. Qeyd edib ki, qərargahda təmsil olunan aidiyyəti dövlət qurumlarının birgə və səmərəli fəaliyyəti nəticəsində baş vermiş yanğınların ciddi fəsadlar törətməsinin qarşısı vaxtında alınmış, alovun yaşayış məntəqələrinə keçməsinə yol verilməyib.
Müşavirədə hazırda bir neçə sahədə quru ağac və kötüklərdə qeydə alınmış közərmələrin (tüstüləmənin) torpaqlama vasitəsilə söndürülməsinin mühümlüyü vurğulanıb. Qərargahın rəhbəri hazırda yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin 630 nəfər şəxsi heyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 250 nəfər canlı qüvvəsinin, 30 polis əməkdaşının və 2 təcili tibbi yardım briqadasının iştirak etdiyini bildirib. O, həmçinin yanğnsöndürmə əməliyyatlarına və ərazilərdə fasiləsiz olaraq növbə çəkilməsinə ümumilikdə 100-ə yaxın texnikanın cəlb olunduğunu vurğulayıb.
Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.
BAKI, 5 mart — Sputnik. Bakıda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasında yanğın olub. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, fevralın 24-də, Bakıya güclü qar yağan gün Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yeddimərtəbəli yataqxana binasının damında ümumi sahəsi 250 m² olan yaşayış sahəsinin (artırma tikililər) yanar konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 m² sahədə yanmışdı.
“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sputnik Azərbaycan xəbər verir ki, hərbçilərin maaşlarına edilən əlavələri şərh edən hərbi ekspert Emin Həsənli bu əlavələrin bərpa edilmiş sərhəd zonalarında xidmət edən, həmçinin Qarabağın içində Rusiya sülhməramlı qüvvələrinin olduğu ərazidə xidmət aparan hərbi qulluqçulara şamil ediləcəyini bildirib:
“Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir. Onların qayğısı nəticəsində digər məsələlərin həll olunmasının şahidi olacağıq. İyirmi ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular mənzillərlə təmin edilir. Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”.
Emin Həsənlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz