Xarici vətəndaş Azərbaycanda yol qəzasında öldü

CC0 / floz / Car crashQəzaya uğramış avtomobil, arxiv şəkli
Qəzaya uğramış avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ağır vəziyyətdə olan 43 yaşlı xarici ölkə vətəndaşı xəstəxanaya çatdırılandan 3 saat sonra vəfat edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycanın bölgə müxbirinin verdiyi məlumata görə, qəzada ağır xəsarət alan yaralılardan biri dünyasını dəyişib.

Siyəzən Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, ağır vəziyyətdə olan 43 yaşlı Esmira Abdullayeva xəstəxanaya çatdırılandan 3 saat sonra vəfat edib.

Vəfat edən şəxs Dağıstan Respublikasının vətəndaşıdır.

Xəbər lenti
0