Qarqar çayının sahilində Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib

Ermənistan istehsalı olan təhlükəli qurğu aşkar edilib

53
(Yenilənib 23:49 05.09.2017)
Ağdamda Ermənistan istehsalı olan piyada əleyhinə mina zərərsizləşdirilib

BAKI, 5 sentyabr — Sputnik. Ağdamda, Qarqar çayının sahilində 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə mina (AMN) aşkar edilib.

Sutnik Azərbaycan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadla xəbər verir ki, 04 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu Əfətli kəndi ərazisində 1 ədəd minanın aşkar olunması barədə məlumatlar daxil olub.

  • Qarqar çayının sahilində Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib
    Qarqar çayının sahilində Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib
    © Photo : ANAMA mətbuat xidməti

1 / 7
© Photo : ANAMA mətbuat xidməti
Qarqar çayının sahilində Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Qarqar çayının sahilində otlaq sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə mina (AMN) aşkar edilib. Minanın daşınması mümkün olmadığına görə, o, 05 sentyabr 2017-ci il tarixində partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Aşkar olunmuş minanın ətrafında 8 000 kv.m əraziyə yerüstü baxış keçirilib. Bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

53
Teqlər:
mina, Fövqəladə Hallar Nazirliyi, Ermənistan, ANAMA, Ağdam
Əlaqədar
Türkiyədə azərbaycanlıların əllərində mina partladı
Bakıda mina axtarışı: ANAMA hərəkətə keçib
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

1
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

1
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinin suallara cavab verəcəyi konkret tarix bilindi

7
(Yenilənib 13:28 27.11.2020)
Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı dekabrın 17-si mətbuat konfransı keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 29-u saat 12:00-da Rusiya Federasiyasının mətbuat xidməti və informasiya idarəsi jurnalistlərin akkreditasiyasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

7