Meşə yanğınının söndürülməsi, arxiv şəkli

Qəbələdə meşə yanğını davam edir, relyef hava şəraiti çətinliklər yaradır

609
(Yenilənib 16:22 02.09.2017)
"Relyefin mürəkkəb olması yanğının söndürülməsi üçün əraziyə texnikanın qalxmasında çətinliklər yaradır. Ona görə də, yanğının söndürülməsində, əsasən əl əməyindən istifadə olunur"

BAKI, 2 sentyabr — Sputnik. "Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-ə yaxın əməkdaşı cəlb olunub".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hazırda yanğınla mübarizə işləri davam etdirilir: "Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə yanaşı ictimaiyyət nümayəndələri də yanğının söndürülməsinə cəlb olunub".

Qurumun məlumatına görə, relyefin mürəkkəb olması yanğının söndürülməsi üçün əraziyə texnikanın qalxmasında çətinliklər yaradır: "Ona görə də, yanğının söndürülməsində, əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğın 80 faiz lokallaşdırılıb".

Nazirliyin məlumatında qeyd olunub ki, yanğının yaranma səbəbi ilkin ehtimala görə ehtiyatsızlıqdır: "Yanğının əsl səbəbi müvafiq qurumlar tərəfindən araşdırılacaq".

Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin bir helikopteri cəlb olunub.

609
Teqlər:
meşə sahəsi, Bum meşəbəyliyi, Abrıx kəndi, Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yanğın
Mövzu:
Ölkənin şimalında meşə yanğınları (11)
Əlaqədar
Azərbaycanda da meşə yanğını başlayıb
Azərbaycandakı yanğın bölgəsindən son xəbər
Gürcüstanda növbəti yanğın, Azərbaycan yardıma yetişdi
Şimal-qərb bölgəsində güclü yanğın, bütün müvafiq qurumlar səfərbər olub
Hərbi hissədə yanğın lokallaşdırılıb
Yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur
Azay Quliyev şuranın yeni elektron xidmətlərinin tətbiqi ilə bağlı ictimai dinləmə keçirib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

7
(Yenilənib 11:05 27.01.2021)
Qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

BAKI, 27 yanvar — Sputnik. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan QHT-lər üçün müvafiq qərarla "Maliyyə fəaliyyəti olmaması barədə arayış" forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ sayt vasitəsilə "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı"nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.

Əlavə məlumat üçün telefon nömrələri: Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova.

7
Teqlər:
QHT-lərə Dövlət Dəstəyi Şurası, QHT, Maliyyə Nazirliyi

Azad edilmiş Göyərçinveysəlli kəndindən VİDEO

2
(Yenilənib 11:00 27.01.2021)
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 19-da Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi işğalçılardan azad edib.

BAKI, 27 yanvar - Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini yayıb.

Göyərçinveysəlli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 19-da kəndi işğalçılardan azad edib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

2
Teqlər:
Azərbaycan ordusu, Ermənistan, Cəbrayıl