Şirəli Müslimov

Rekordlar Kitabına düşən azərbaycanlı: 136 yaşında ata olub

1131
(Yenilənib 15:58 02.09.2017)
O, dünyanın ən uzunömürlü sakinlərindən biri idi

BAKI, 2 sentyabr — Sputnik. Bu gün, dünyanın ən uzunömürlü sakinlərindən biri olmuş Şirəli Müslimovun vəfat günüdür. Bəzi mənbələrə görə, o, 26 mart 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib.

Şirəli baba 3 dəfə evlənib və 23 övlad sahibi olub. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilib. 136 yaşında qız atası olub. Uzunömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb.

Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə doğurur. Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf etdiyindən, 1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin düzgün qeyd olunması və digər aidiyyati məsələlərin səhv olmaq ehtimalı da mövcuddur.

Qeyd edək ki, fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cı illərində çap olunmuş "Qafqaz xalqları və onların mədəniyyəti" əsərində Azərbaycana da xüsusi yer ayırıb. Həmin əsərdə 1800-cü ildə əhalinin, əsasən də, siyahıya alınması yaş və doğum məsələlərinə aid olan bölməsində, Lerik (Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövrdə qeyri-mümkün olmasını, yerləşdiyi çətin dağlıq şəraitinin, cənub mərkəzi ilə əlaqələrin və s. olmamasını yazıb.

1131
Teqlər:
Barzavu kəndi, Şirəli Müslimov, uzunömürlü sakin, Lerik rayonu
Əlaqədar
Kral ailəsinin daha bir nümayəndəsi vəfat etdi
Azərbaycanın əməkdar artisti vəfat etdi
Dünya şöhrətli azərbaycanlı alimin vəfatı barədə xəbər yayıldı
Əfsanənin həyat yoldaşı da vəfat etdi
Görkəmli alimin vəfatından bir il də ötdü
"Sinyor Robinzon" vəfat etdi
Məktəbli qız, arxiv şəkli

Qiymət dəyişməyəcək, amma tikilmir də: Məktəbli formaları ilə bağlı müəmma yaranıb

2
(Yenilənib 21:27 11.07.2020)
"Bizim əlimizə parça var. Amma koronavirusa görə dərslərin nə vaxt başlayacağı bilinmir. Ona görə də, biz veriləcək qərarı gözləyirik"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Bakı Tikiş Evi (BTE) məktəbli formasının tikilməsi üçün yeni tədris ilinin başlanması ilə bağlı veriləcək qərarı gözləyir. Bu barədə Sputnik Azərbaycan-a BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

Vahid məktəbli forması: Labüd, yoxsa gərəksiz?
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

O, deyib ki, hazırda anbarda və mağazalarında məktəbli formaları var. Amma yeni məktəbli formaları hələlik tikilmir. Buna səbəb isə pandemiya ilə bağlı dərslərin başlanma vaxtının qeyri-müəyyən qalmasıdır: "Bizim əlimizə parça var. Amma koronavirusa görə dərslərin nə vaxt başlayacağı bilinmir. Ona görə də, biz veriləcək qərarı gözləyirik. Bu barədə qərar verilən kimi biz məktəbli formalarının istehsalına start verəcəyik. Bunun üçün xammal da var, işçi qüvvəsi də".

E. Əzimov məktəbli formalarının qiymətində bu il hər hansı dəyişikliyin edilməyəcəyini də bildirib.

2
Beynəlxalq Bankın Mətbuat filialı qarşısında növbə, arxiv şəkli

Kreditlərlə bağlı təklif hələ aktualdır - bank zərər görəcək, müştəri

83
(Yenilənib 20:23 11.07.2020)
Bəzi ölkələr özəl sektorun kredit faizlərinin dondurulması ilə bağlı qərar verib. Azərbaycanda da buna bənzər qərarın verilməsi mümkündür

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Bir neçə ay öncə Mərkəzi Bank koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib. Bu qərara görə, fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq.

Bu tədbir nəticəsində 1.1 milyard manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın borcalanın faydalanması imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. 01 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.

Lakin kreditlərin üst-üstə daha da yığılması növbəti, payız aylarında onun ödənilməsini daha da çətinləşdirəcək. Bəs vəziyyətdən çıxış yolu olaraq nə etmək olar?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a hazırkı vəziyyəti şərh edərək atılması vacib addımlardan söz açıb: "Azərbaycanda pandemiyanın ən çox vurduğu ziyanlardan biri kreditlərlə bağlıdır. Lakin bununla bağlı biz çox dərindən düşünülmüş, problemi dərindən önləyə biləcək addımları görə bilmədik. Bildiyiniz kimi, ipoteka kreditləri ilə bağlı o qədər də nəzərə çarpmayan güzəştlər var. Çünki bu aylarda yığılan vəsaitlərin bir hissəsini sonradan artıqlaması ilə qaytarmalı olacaqlar".

“Bundan başqa fəaliyyətinə qadağa qoyulan özəl sektorlarda çalışan iş adamlarının götürdükləri kreditlərin faiz dərəcələrinin yarısını ödəməyi hökumət üzərinə götürüb. Onların gəlirləri yoxdursa, kreditlərinin yerdə qalan faizini belə ödəyə bilməyəcək. Problem dərinliyinədək ölçülmədi, adekvat addımlar atılmadı və bunun nəticəsi olaraq da payız aylarında problemli kreditlərin həcmində ciddi artımların olma ehtimalı var. Bu zaman da bank sektorunda müəyyən dalğaların, problemlərin yaşanması ehtimalı yarana bilər", - deyə N.Cəfərli əlavə edib.

Ekspert bildirib ki, indiki vəziyyətdə müəyyən qabaqlayıcı tədbirlə görülsə, payız aylarında vəziyyət dəyişə bilər. Onun sözlərinə görə, başqa ölkələrdə faiz dərəcələrinin dondurulması üçün müxtəlif təcrübələr olub: "Bəzi ölkələr özəl sektorun kredit faizlərinin dondurulması ilə bağlı qərar verib. Azərbaycanda da buna bənzər qərarın verilməsi mümkündür. 

Biz bununla bağlı təklif də irəli sürmüşük. Yəni, bu ilin sonunadək özəl sektora faizlərin hesablanması dondurula bilərdi. Əslində belə bir qərarın verilməsi hələ də gec deyil".

"Banklarla dəymiş ziyanın qarşısını almaq üçün xüsusi bir proqram hazırlana bilərdi. Təbii ki, banklar belə olan halda ciddi ziyan görəcəklər. Bu ziyanı qarşılamaq üçün dövlət bütün banklardan vergi ödənişlərini dondura bilər. Yəni bütün vergilərin bağışlanmasına gedilər. Bununla yanaşı, bank sektoruna  Mərkəzi Bank tərəfindən 0 faizlə 1 illik kredit xətti açıla bilərdi. 1  illik kredit xətti 0 faiz olduğundan, gələn ilin əvvəlindən 0 faizlə olan kreditləri istehlakçılara və biznesə daha yüksək - 14, 15, 16% ilə verməklə banklar itkilərini artıqlaması ilə geri ala bilərdilər. Lakin təəssüflər olsun ki, təklifimiz hələ dəyərləndirilməyib Amma hələ də gec deyil", - deyə ekspert əlavə edib.

83