İşıq dirəyi, arxiv şəkli

Azərbaycanda tarix boyu elektrik enerjisi olmayan kəndə işıq çəkilib

1093
Texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub

BAKI, 1 sentyabr — Sputnik. Prezident İlham Əliyevin "İşıqlı Azərbaycan" layihəsi sayəsində Astara rayonunun ucqar Şəvqo kəndində ikiqat bayram yaşanıb. Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, Qurban bayramı günündə, tarix boyu elektrik enerjisi olmayan Şəvqo kəndinə "Azərişıq" ASC tərəfindən işıq verilib.

Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə ən çətin relyefdə yerləşən bu kəndə, texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub. Ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətti çəkilib. 1 ədəd 10/0.4 kv –luq 63 kva gücündə transformator məntəqəsi quraşdırılıb.

Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub. "Azərbaycanın hər bir nöqtəsi keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmalıdır" devizi üzərində qurulan "İşıqlı Azərbaycan" layihəsi sayəsində işıqlı günə çıxdıqları üçün kənd sakinləri ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. "Azərişıq" ASC-nin məsul vəzifəli şəxsləri elektrik enerjisinin qoşulması prosesində iştirak ediblər və kənd sakinləri ilə birgə ilk dəfə evlərin işıqlarını yandırıblar. Şəvqo kəndində qurbanlar kəsilib.

Maraqlıdır ki, ömür boyu elektrik enerjisi olmayan Şəvqo sözünün mənası — şəv "gecə, qo "yeri" deməkdir. Odur ki, artıq "gecəyeri" mənasını verən Şəvqoda gecə də gündüz kimi işıqlı olacaq.

1093
Teqlər:
Şəvqo kəndi, "İşıqlı Azərbaycan" layihəsi, Astara rayonu, elektrik enerjisi, prezident İlham Əliyev, "Azərişıq" ASC
Əlaqədar
Paytaxt səmasını aydınladan işıqlar söndürüləcək
İstanbul körpüsü bayrağımızın rəngləri ilə işıqlanıb
Möcüzə tapıntı: O, gecələr işıq saçır
İşıq və qazın qiyməti yenidən dəyişdi
Kosmos, arxiv şəkli

Alimlər Kainatın genişlənməsi haqqında yeni məlumatlar əldə ediblər

3
Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

BAKI, 14 may - Sputnik. Astronomlar ifrat yeni ulduzların alışmasına dair kataloqdakı informasiyanı analiz ediblər və belə nəticəyə gəliblər ki, müşahidələrin məlumatları Kainatın dəyişən sürətlə genişlənməsi modelinə daha çox uyğundur. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Astrophysical Journal” nəşrində dərc edilməsi üçün hazırlanıb və “arXiv.org” preprint serverində yerləşdirilib.

Kainatın genişlənməsi sürəti kosmologiyanın vacib parametrlərindən biridir. Astrofiziklər adətən Habbl sabitindən çıxış edirlər. Lakin alimlər Kainatın genişlənməsi sürətini onun tarixinin müxtəlif dövrlərində müqayisə etməyə başlayanda müşahidələr nəzəri modellərlə tez-tez ziddiyyət təşkil edir.

AZƏRTAC bildirir ki, bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasından və SOKENDAI perspektiv tədqiqatlar universitetindən Maria Ciovanna Dainottinin rəhbərliyi ilə Yaponiya və İtaliya alimləri Kainat tarixinin müxtəlif vaxtlarında partlamış 1048 yeni ulduzun kataloqunu analiz ediblər. Tədqiqatçılar bu məlumatlar əsasında rəqəmsal model qurublar. Onu düzgün təsvir etmək üçün müəlliflər zamandan asılı yeni dəyişən təqdim etməli olublar ki, Habbl sabiti zamanla dəyişəcəyi təqdirdə, onun qarşısını almaq mümkün olsun.

Müşahidələrdə sistematik səhv ehtimalını istisna etmək üçün tədqiqatçılar nəticələrini Havayda Mauna-Kea rəsədxanasında Yaponiya Milli Astronomiya Rəsədxanasının “Subaru” teleskopunda quraşdırılmış “Hyper Suprime-Cam” alətinin köməyilə ayrıca yoxlayıblar.

İfrat geniş görmə sahəsi olan bu 900-meqapiksel kamera ən böyük sahədə zəif yeni ulduzların müşahidəsi üçün nəzərdə tutulur. Tədqiqatçılar onun köməyilə erkən Kainatda müşahidə edilən ifrat yeni ulduzlar seçimini böyütməyə və məlumatlarda qeyri-müəyyənliyi azaltmağa nail olublar.

Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

Tədqiqatçılar nəticələrini “Subaru” teleskopundan və digər rəsədxanalardan əldə olunmuş əlavə və ya daha keyfiyyətli məlumatların köməyilə təsdiq etmək məqsədilə müşahidələrini davam etdirməyi planlaşdırırlar.

3

Rusiyalıların 55%-i Vladimir Putinə etibar edir - SORĞU

24
Bu sorğu mayın 6-8-də Rusiya Federasiyasının 53 subyektində 104 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondentin arasında keçirilib.

BAKI, 14 may — Sputnik. Rusiyalıların yarıdan çoxu (55%) RF prezidenti Vladimir Putinə etibar edir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın "İctimai fikir" fondunun keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğunun nəticələinə görə, respondentlərin 55%-i prezidentə inandıqlarını, 32%-i isə inanmadıqlarını bildiriblər. 13% rspondent cavab verməkdə çətinlik çəkib.

Rəyi soruşulanların 58%-i hesab edirlər ki, Putin öz vəzifəsinin öhdəsindən yaxşı gəlir. 26% əks fikirdədir. 16% respondent bu suala cavab verməkdə çətinlik çəkib.

Bu sorğu mayın 6-8-də Rusiya Federasiyasının 53 subyektində 104 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondentin arasında keçirilib. Statistik xəta 3,6%-də yuxarı deyil.

24