ASAN viza

Azərbaycanda 3 saat ərzində viza almaq mümkün olacaq

85
"ASAN Viza" sistemi ilə 3 saat ərzində e-viza almaq imkanı olacaq

BAKI, 30 avqust — Sputnik. Bu gündən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza" sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilərlər. Bu barədə Sputnik Azərbaycan-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.

Xatırladaq ki, bu yenilik "ASAN Viza" sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ASAN Viza" sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 21 iyun 2017-ci il tarixli 1482 saylı Fərmanının icrasının təmin edilməsi çərçivəsində aparılan işlərin nəticəsidir.

"ASAN Viza" sistemi Azərbaycan Respublikasının 2016-cı il 1 iyun tarixli 923 saylı "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

Həmçinin "ASAN Viza" sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Qeyd edək ki, bu günə kimi "ASAN Viza" vasitəsilə 167.337 əcnəbi və vətəndaşlığı olmayan şəxsə elektron viza verilib.

85
Teqlər:
ASAN Xidmət, elektron viza, "ASAN Viza"
Əlaqədar
ABŞ Rusiya vətəndaşlarına viza verilməsini dayandırır
"Avropaya vizasız gediş-gəliş ilə bağlı danışmaq tezdir"
Azərbaycan viza prosedurunu sadələşdirir
Azərbaycanda viza proseduru sadələşdirilir
Gürcülərin Avropaya vizasız səyahətləri başladı
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Qubadlı-Zəngilan istiqamətində döyüşlər davam edir

19
(Yenilənib 08:04 20.10.2020)
Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

BAKI, 20 oktyabr - Sputnik. Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Eyni zamanda məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.

Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirlib.

19
Teqlər:
Müdafiə Nazirliyi, Zəngilan, Qubadlı, erməni təxribatı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

2
Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq onlardan hansını nəzərdə tutduğunu dəqiqləşdirməyib.

BAKI, 20 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu prezidentliyə namizəd Cozef Baydenin fəaliyyətini araşdırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə yaxın jurnalistlər bildirib.

“FTB onu araşdırmalıdır. FTB direktoru Kristofer Reyə zəng edib, ondan soruşmalısınız. İlk baxışdan bu qədər çox günahkar olmaq mümkün deyil”, - deyə Amerika lideri deyib.

Qeyd edilir ki, Tramp Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq prezidentin onlardan hansını nəzərdə tutduğu dəqiqləşdirilməyib.

2