Ermənistan parlamenti

Erməni deputatlar Azərbaycana gəlirlər

31
(Yenilənib 16:01 30.08.2017)
Bakıda "Avronest" PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komissiyasının iclası keçiriləcək

BAKI, 30 avqust — Sputnik. Ermənistan parlamentinin "Avronest" Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvləri Azərbaycana gələcəklər. Sputnik Azərbaycan erməni mətbuatına istinadən xəbər verir ki, sentyabrın 22-də Bakıda "Avronest" PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komissiyasının iclası keçiriləcək. İclasda Ermənistanın "Avronest" PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan da iştirak edəcəklər.

Azərbaycan Milli Məclisinin "Avronest" PA-da nümayəndə heyətindən APA-ya bildirilib ki, nümayəndə heyətinin təşəbbüsü ilə "Avronest" PA çərçivəsində sentyabrın 22-də Azərbaycanda "3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu" mövzusunda konfrans keçiriləcək.

Tədbir Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.

31
Teqlər:
Bakı, deputat, "Avronest" PA, parlament, Ermənistan
Əlaqədar
Azərbaycanlı və erməni deputatların mübahisəsi düşüb
Erməni deputat: "İşğal olunmuş ərazilər geri qaytarılmalıdır"
Parlamentdə 3 erməni deputat təmsil olunacaq
Erməni deputatdan şok etiraf

Cəbhəboyu ərazilərdə raket, top mərmiləri dronlar zərərsizləşdirildi

2
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 34 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a bildirilib ki, daxil olmuş 35 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Hüsülü, Muğanlı, Rəncbərlər, Təzəkənd kəndləri, Ağdam rayonunun Alıbəyli kəndi, Quzanlı və Səfərli qəsəbəsi, Bərdə rayonunun Qazaxlar və Təhlə kəndləri, Beyləqan rayonunun Dünyamalılar kəndi, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Təklə kəndi, Naftalan rayonunun Qaşaltı, Tərtər rayonunun Azadqaraqoyunlu, Düyərli, Köçərli, Qazyan, Xoruzlu kəndləri, Şıxarx qəsəbəsi, M.Ə.Sabir və Nizami küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd raket, 8 ədəd top mərmisi və 2 ədəd dron zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 14 496 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Qoşunlarımız Xocavənd, Qubadlı Laçın ərazisində yeni mövqelərə irəliləyib

56
(Yenilənib 08:25 25.10.2020)
Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

BAKI, 25 oktyabr - Sputnik. Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.

Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib.

Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Onun döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub.

Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.

Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

56
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə