Türkiyə və Avropa İttifaqının bayraqları. Arxiv şəkli

"Türkiyə iri addımlarla Avropadan uzaqlaşır"

28
Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər ötən ilin iyulunda Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra pisləşmişdi

BAKI, 29 avqust — Sputnik. "Türkiyə günü-gündən Avropa İttifaqından iri addımlarla uzaqlaşır və məsuliyyəti ittifaqın üzərinə atmaq istəyir". Sputnik Türkiyə xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker açıqlama verib.

"Türkiyə böyük addımlarla Avropadan uzaqlaşır. “Ankara ilə danışıqları sonlandırmaq lazımdır” fikri absurddur. Fakt odur ki, hal-hazırda danışıqlar getmir" – Yunker deyib.

Komissiya sədri daha sonra əlavə edib: "Dostum və hər zaman yaxşı münasibətlərdə olduğum cənab Ərdoğandan şübhələnirəm. O çalışır ki, danışıqların dayandırılması bəyanatını bizim ağzımızdan eşitsin. Və beləliklə də məsuliyyəti öz hökumətinin yox, Avropa İttifaqının daşımasını istəyir".

Xatırladaq ki, Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər ötən ilin iyulunda Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra pisləşmişdi.

28
Teqlər:
pisləşmə, münasibət, Jan-Klod Yunker, Avropa Komissiyası, Avropa İttifaqı, Türkiyə
Əlaqədar
Avropa İttifaqı daxilində fikir ayrılığı: "Türkiyənin haqqını ödəyin"
Bu ölkələrdən Türkiyəyə axın var
Rusları Türkiyə otellərindən çıxarmağa başladılar
ABŞ-ın düşməni Türkiyəyə mesaj göndərdi
Pentaqon rəhbəri Türkiyədə