Təzəpir məscidi

Tarixi günlər açıqlandı

133
Məhərrəm ayının vaxtı bəlli olub

BAKI, 29 avgust — Sputnik. Məhərrəm ayının başlanma və Aşura gününün tarixi məlum olub. Sputnik Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimə əsasən xəbər verir ki, bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır.

Aşura günü isə oktyabrın 1-ə təsadüf edir. Bildirilir ki, ənənəvi olaraq Azərbaycanda Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Bununla bağlı QMİ Qazılər Şurasının fətvası da olacaq. Bu il Qədir-Xum bayramı isə sentyabrın 9-da qeyd ediləcək.

133
Teqlər:
Aşura günü, Məhərrəm ayı, mərasim, tarix
Əlaqədar
Azərbaycanda Məhərrəm ayı başladı
Məhərrəmlik ayı ilə bağlı fətva verildi
Məhərrəm ayı başladı