İnsanlar

Rəsmi orqandan xəbərdarlıq: bəzi şəxslər...

2848
(Yenilənib 15:50 28.08.2017)
Nazirlik əhalini xəbərdar edir

BAKI, 28 avqust — Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 32-37, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Avqustun 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, havada arabir rütubətin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

2848
Teqlər:
külək, Bakı, Abşeron yarımadası, hava şəraiti, yağmursuz
Əlaqədar
Atmosfer havasındakı toz azalacaqmı?
Bazar ertəsi hava necə olacaq: qızmar isti, yoxsa..?
Sabahın hava proqnozu: Dənizə gedə bilərsiz
Yeni həftədən hava şəraiti dəyişəcək: Xəbərdarlıq
Hava yenidən dəyişəcək: bu dəfə əks tərəfə
Pakistan Azərbaycan bayraqları

Pakistan Azərbaycanın Kəşmir məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndiririr

0
Ölkələrimiz arasındakı mövcud əlaqələrdən bəhs edən səfir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilmiş humanitar və sosialyönümlü layihələr haqqında ətraflı məlumat verib.

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov 9 sentyabr 2021-ci il tarixində etimadnaməsini bu ölkənin Prezidenti Arif Alviyə təqdim edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir Xəzər Fərhadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə çatdırıb.

Xəzər Fərhadov Pakistanda səfir kimi təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə Prezidentinin rolunu xüsusi vurğulayıb.

Ölkələrimiz arasındakı mövcud əlaqələrdən bəhs edən səfir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilmiş humanitar və sosialyönümlü layihələr haqqında ətraflı məlumat verib.

Xəzər Fərhadov Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edərək, Vətən Müharibəsi dövründə Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi diqqətə çatdırıb və bu ölkənin hökumətinə və xalqına təşəkkürünü ifadə edib. Həmçinin səfir Kəşmir məsələsinin BMT TŞ qətnamələri əsasında həlli ilə bağlı Pakistanın mövqeyinin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.

Səfiri təyinatı münasibətilə təbrik edən Pakistan Prezidenti Arif Alvi, Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Arif Alvi iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələrin bu əlaqələrə xüsusi töhfə verdiyini qeyd edib, eləcə də ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənərək dərinləşəcəyini əminliklə ifadə edib.

Prezident 44 günlük Vətən Müharibəsində əldə olunmuş qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edərək, Kəşmir məsələsində Azərbaycanın Pakistana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə həmçinin, yüksək səviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

0
Teqlər:
Pakistan

Dəniz yenə coşdu, Xəzərdə dalğanın hündürlüyü 3,2 metrə çatıb

0
Sentyabrın 18-də gündüz saatlarında yağıntının tədricən kəsiləcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabrın 17-si saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənib.

Küləyin maksimal sürəti: Altıağacda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Qum adasında 25 m/s, Pirallahı, Maştağada 23 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s, Binədə 18 m/s, Sumqayıtda 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Hava şəraiti yağmursuz keçib, lakin gündüz saatlarından bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Sentyabrın 18-də gündüz saatlarında yağıntının tədricən kəsiləcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Həmçinin oxuyun:

Hava kütlələri idarə olunur - azərbaycanlı ekoloq

0
Teqlər:
dəniz