QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şeyxülislam erməni katolikosu ilə görüşəcək

© qafqazislam.comHacı Allahşükür Paşazadə
Hacı Allahşükür Paşazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq

BAKI, 28 avqust — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Eçmiədzin kilsəsinin mətbuat katibi Vaqram Melikyan açıqlama verib.

Allahşükür Paşazadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şeyxülislamdan sərt xəbərdarlıq

Görüşün sentyabrın 8-i Moskvada keçirilməsi gözlənilir. Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkil edir.

Bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüşdə müzakirə olunacaq bəzi məsələlər məlum olub. APA-nın məlumatına istinadən Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 7-də Moskvaya yola düşəcək.

Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq. Dini liderlər münaqişənin dini müstəviyə keçməməsi, o cümlədən münaqişə ilə əlaqədar baş verən gərginliklərin təkrarlanmaması, problemin həllinə dini liderlərin hansı töhfələri verə biləcəyinə dair məsələləri müzakirə edəcəklər.

QMİ mətbuat xidmətindən də belə bir görüşün keçiriləcəyini təsdiqləyiblər. Qeyd edək ki, əvvəllər də dini liderlərin bu formatda görüşləri keçirilib.

Xəbər lenti
0