Manat və dollar

Manat dolları bazardan sıxışdırır

1599
(Yenilənib 11:24 28.08.2017)
Banklararası ticarətdə manat yenidən bahalaşdı

BAKI, 28 avqust — Sputnik. Avqust ayının 28-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb. Fins.az xəbər verir ki, "Bloomberg" terminalında dollar 0,15% ucuzlaşaraq 1.6967 manat olub. Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.6985 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

1599
Teqlər:
"Bloomberg" terminalı, banklararası ticarət, alış, satış, məzənnə, manat, dollar
Əlaqədar
Dolların rəsmi məzənnəsi açıqlanıb
Banklar dollarla bağlı qərarlarını açıqlayıb
Dolların yeni qiyməti açıqlandı
Dollar sürprizinə hazır olun
Dollar bu həddədək ucuzlaşdı
Dollar sabah neçəyə olacaq?
Finlandiyada epidemioloji vəziyyət

Bu ölkədə rəqəmlər yenidən artdı - 45 yoluxma faktı hökuməti hərəkətə keçirdi

2
(Yenilənib 23:20 15.08.2020)
Baş nazir hər kəsin maska taxmasının vacibliyini vurğulayaraq az gəlirli ailələrə bələdiyyələr vasitəsilə pulsuz maka paylanılacağına diqqət çəkib.

BAKI, 15 avqust — Sputnik. Finlandiya hökuməti bütün dünyada 20 milyon şəxsin yoluxduğu, 750 min nəfərin isə dünyasını dəyişdiyi koronavirus pandemiyasını önləmək üçün yenidən təcili addımlar atmalı olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına isitnadən xəbərinə görə, belə ki, ölkənin baş naziri Sanna Marin və səhiyyə üzrə baş mütəxəssislərdən biri olan Mika Salminenin birgə təşkil etdiyi mətbuat konfransında bildiirlib ki, son 2 həəftədə ölkədə COVID-19-la bağlı rəqəmlərlə artım qeydə alınıb. Marin bildirib ki, xaricdən, xüsusən də virusun daha çox tüğyan etdiyi "qırmızı bölgə"dən gələn şəxslər  məcburən 14 gün karantində qalacaqlar.

Baş nazir hər kəsin maska taxmasının vacibliyini vurğulayaraq az gəlirli ailələrə bələdiyyələr vasitəsilə pulsuz maka paylanılacağına diqqət çəkib.

Baş nazir bildirib ki, virusdan qorunmağın ən yaxşı yolu, əlləri tez-tez yumaq, gigiyenik qaydaları qorumaqır.

Qeyd edək ki, son sutkada ölkədə 45 nəfərdə COVID-19-un aşkarlanması Finlandiya hökumətini həyəcan siqnalı çalmağa vadar edib.

2
Axşam yeməyi, arxiv şəkli

Axşamlar ət yeməyin, yoxsa...

2
Axşam yeməyi üçün ən yaxşı seçim bitki qidaları, quş əti, dəniz məhsulları, kəsmik və az yağlı pendir ola bilər.

BAKI, 15 avqust — Sputnik. Ət yeməklərinin həzm edilməsi üçün uzun zaman tələb olunduğuna və bədənin gecə normal istirahət etməsinə imkan vermədiyinə görə, axşam qida rasionundan çxarılmalıdır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə dietoloq Natalya Kruqlova danışıb.

Ekspertin sözlərinə görə, donuz, mal, qoyun əti 4-5 saata həzm edilir.

Dietoloq həmçinin bildirib ki, yatmamışdan əvvəl yüksək kalorili yeməklər, bişmiş şirniyyatlar yemək olmaz.

Artıq çəkili şəxslərə axşamlar bulqur şorbası, makaron və kartof yemək tövsiyə edilmir. Turşuya və duza qoyulmuş tərəvəzlər yemək üçün heç kimə faydalı deyil.

Axşam yeməyi üçün ən yaxşı seçim bitki qidaları, quş əti, dəniz məhsulları, kəsmik və az yağlı pendir ola bilər. Yatmazdan öncə aclıq hiss edirsinizsə, bir stəkan az yağlı kefir için.

2