Бешеная собака, фото из архива

İt dişləyən uşaq öldü

273
11 yaşlı uşağın ölümünə beyin şişməsi səbəb olub

BAKI, 25 avqust — Sputnik. Rusiyanın İvanovsk vilayətində 11 yaşlı uşaq it dişləməsindən sonra ölüb. Sputnik Azərbaycan bu barədə Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsinin saytına istinadən məlumat verir.

Viçuqa şəhərində yaşayan uşağı iyulun 27-də ailəyə məxsus it dişləyib. Uşağı əvvəlcə yerli xəstəxanaya, sonra isə İvanovo şəhərindəki xəstəxanaya aparıblar. Avqustun 16-da onun vəziyyəti pisləşib, pasient intensiv terapiya palatasına köçürülərək süni nəfəsalma aparatına qoşulub. Üstündən 4 gün keçəndən sonra uşaq ölüb. İlkin versiyaya görə, onun ölümünə beyin şişməsi səbəb olub. İstintaq orqanları ölümə it dişləməsi, yaxud başqa bir hadisə səbəb olduğunu araşdırırlar.

Faktla bağlı cinayət işi qaldırılıb.

273
Teqlər:
ölüm, Rusiya, dişləmək, uşaq, it
Əlaqədar
Sahibsiz it daha bir uşağı parçaladı
Sumqayıtda dəhşət: it 5 yaşlı uşağı öldürdü
Bir sürü it qıza hücum etdi: prokurorluq istintaqa başladı
İsmayıllıda it öz sahibini parçalayıb
Təhlükəli it saxlayan vətəndaş 8 min manat məbləğində cərimələndi