Yağışlı hava

Diqqət: Payız havası yaxınlaşır

1196
Sabah havada rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 25 avqust — Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 26-da hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Avqustun 28-dək Abşeron yarımadasında davamlı mülayim xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, günün bəzi saatlarında havada rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1196
Teqlər:
temperatur, rütubət, yağış, hava, Abşeron yarımadası, Bakı
Əlaqədar
Atmosfer havasındakı toz azalacaqmı?
Bazar ertəsi hava necə olacaq: qızmar isti, yoxsa..?
Sabahın hava proqnozu: Dənizə gedə bilərsiz
Həftənin son iş günündə hava sakinləri sevindirəcək
Sabah ölkədə əsl payız havası olacaq
Hava yenə sürpriz edəcək

Cəbhəboyu ərazilərdə raket, top mərmiləri dronlar zərərsizləşdirildi

2
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 34 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a bildirilib ki, daxil olmuş 35 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Hüsülü, Muğanlı, Rəncbərlər, Təzəkənd kəndləri, Ağdam rayonunun Alıbəyli kəndi, Quzanlı və Səfərli qəsəbəsi, Bərdə rayonunun Qazaxlar və Təhlə kəndləri, Beyləqan rayonunun Dünyamalılar kəndi, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Təklə kəndi, Naftalan rayonunun Qaşaltı, Tərtər rayonunun Azadqaraqoyunlu, Düyərli, Köçərli, Qazyan, Xoruzlu kəndləri, Şıxarx qəsəbəsi, M.Ə.Sabir və Nizami küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd raket, 8 ədəd top mərmisi və 2 ədəd dron zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 14 496 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Qoşunlarımız Xocavənd, Qubadlı Laçın ərazisində yeni mövqelərə irəliləyib

55
(Yenilənib 08:25 25.10.2020)
Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

BAKI, 25 oktyabr - Sputnik. Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.

Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib.

Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Onun döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub.

Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.

Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

55
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə