Apple şirkəti

"Apple" elanı niyə saytda gizlətdi?

47
ABŞ-da fəaliyyət göstərən texnologiya nəhəngi "Apple" maraqlı iş elanı ilə gündəmə gəlib

BAKI, 23 avqust — Sputnik. ABŞ-da fəaliyyət göstərən texnologiya nəhəngi "Apple" maraqlı iş elanı ilə gündəmə gəlib. Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, şirkət iş elanı verib və onu saytında gizlədib.

Məqsəd, elanı tapan mühəndisi işə götürməkdir. Şirkət rəhbərliyi hesab edir ki, bu elanı ancaq çox güclü mütəxəssis aşkar edə bilər.

Gizlədilən iş elanını amerikalı mühəndis Zak Uittaker (Zack Whittaker) saytda axtarış apararkən görüb və "Apple" onu işə götürməyi planlaşdırır. Ancaq hələlik, onun işə götürülməsi barədə məlumat yoxdur.

​Bəs "Apple" işə götürərkən hansı sualları verdiyini bilirsinizmi?

Onların verdiyi suallardan bir neçəsini nümunə olaraq yazırıq.

"Səni buraya nə gətirdi?", "Ən yaxşı dostunuz kimdir?", "Əgər 2 yumurtanız olsaydı və yumurtaları qırmadan ən yüksək mərtəbəyə çıxmaq istəsəniz, bunu necə edərdiniz? Bunun ən yaxşı həll yolu nədir?", "Hər gün dünyada neçə uşaq dünyaya gəlir?", "Səni işə götürsəydim, nə üzərində işləmək istərdin?" və s.

47
Teqlər:
gizli, mühəndis, Apple, sayt, elan
Əlaqədar
Apple zəngləri sizdən icazəsiz yazır
"Apple" şirkətinin prezidenti türkcə mesaj paylaşdı
“Apple” sentyabrda satılan iPhone 6 Plus smartfonlarını geri çağırıb
“Apple” sentyabrda yeni “iPhone” smartfonunu təqdim edəcək
"Apple" korporasiyası "Samsung"dan az qazanır
Putin və Lukaşenko, arxiv şəkli

Putin Lukaşenkonun müzakirə edəcəyi məsələlər açıqlandı

0
(Yenilənib 15:33 22.04.2021)
Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib.

 

BAKI, 22 aprel — Sputnik. Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko Moskvada Belarusa qarşı diversiya planlarının üstünün açılmasını müzakirə edəcəklər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Onlar müntəzəm olaraq gündəmdəki məsələləri müzakirə edirlər və hər dəfə məsələlərin sayı azalmır. Bundan əlavə, əlbəttə ki, Belarusda təxribat planlarının açıqlanması ilə bağlı son hadisələrə dair mövcud vəziyyət barədə fikir mübadiləsi aparılacaq", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib. Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları burada iştirak edib. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertelin dediyinə görə, qrup üzvlərinin Lukaşenko və ailə üzvlərini fiziki cəhətdən yox etmək, hakimiyyəti ələ keçirmək üçün silahlı bir üsyan təşkil etmək planı olub. Qrupa həm Belarus vətəndaşları, həm də xaricilər daxil idilər.

0
Rusiyada vaksinasiya, arxiv şəkli

Vaksinasiya prosesində yanlışlığa görə iki həkim işdən çıxarıldı

2
(Yenilənib 15:05 22.04.2021)
Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.

BAKI, 22 aprel — Sputnik. "Vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilib. Araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib".

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda bildirilib.

Qeyd edilib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

2
Teqlər:
işdən qovulma, həkim, vaksinasiya, vaksin