Dəhşətli qasırğa insanları və ağacları pərən-pərən saldı - Görüntülər

© AFP 2023 / FRED TANNEAUTayfun, arxiv şəkli
Tayfun, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Küləyin sürəti saatda 165 kilometrə çatıb, küçələr su altında qalıb

BAKI, 23 avqust — Sputnik. Çinin xüsusi inzibati rayonu olan Makaodakı güclü tayfun insanları və ağacları pərən-pərən salıb. Sputnik Azərbaycan xəbər verir ki, tayfunun videosunu Ruptly dərc edib.

Küləyin sürəti saatda 165 kilometrə çatıb. Küçələr su altında qalıb. Təbii fəlakət nəticəsində 100-dən çox aviareys təxirə salınıb, evlərə elektrik enerjisinin verilməsi dayandırılıb. Hələlik, ölən və yaralananlar barəsində məlumat yoxdur.

Xəbər lenti
0