Sabahkı planlarınızla bağlı bunları bilməyinizdə fayda var

© Sputnik / Murad OrujovСолнечная погода в Баку
Солнечная погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik gözlənilən hava şəraiti ilə bağlı açıqlama yayıb

BAKI, 22 avqust — Sputnik. Bakı və Abşeron yarımadasında sabah hava günəşli olacaq. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Жара - Sputnik Azərbaycan
Nazirlikdən xəbərdarlıq: meteohəssas insanlarda narahatlıq hissi yarana bilər

Havanın temperaturunun gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Xəbər lenti
0