BAKI, 21 avqust — Sputnik. İranın Baş Qərargah rəisi general Məhəmməd Bakırinin Ankaraya 3 günlük səfərinin pərdə arxası üzə çıxıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən məlumata görə, iranlı general türk həmkarına PKK-ya qarşı birgə əməliyyat təklifi verib.
Təklif Türkiyə üçün sürpriz olub. Çünki rəsmi Tehranın PKK ilə 1996-cı ildən bu yana açıq şəkildə olmasa da, üstü-örtülü əlaqələri var idi. Ankaranın narahatlığına baxmayaraq, Tehran PKK məsələsində ciddi işlər görməkdən boyun qaçırırdı.
Bu dəfə isə vəziyyət tamamilə fərqlidir. Amerika Birləşmiş Ştatlarının PKK-nı bölgədə özünə partnyor seçməsi, terrorçulara ağır silahlar göndərməsi İranı təcili hərəkətə keçirib. Çünki Tehran həmin Amerika silahlarının bir gün İrana da tuşlana biləcəyindən çəkinir.
İranlı general Bakıri Türkiyənin Baş Qərargah rəisi Hulusi Akara əməliyyat planını da təqdim edib. Həmin plana əsasən, iki ölkənin quru və hava qoşunları 9 istiqamətdən PKK-nın İraqın şimalındakı mövqelərinə hücum edəcək. Türkiyə təklifi müsbət qarşılayıb.
BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.
Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.
Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".
Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib.
BAKI, 18 aprel - Sputnik. Bakıda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə “Bağırov körpüsü” adlanan hissəyə yaxın yerdə qeydə alınıb.
4 avtomobilin toqquşduğu qəza nəticəsində 3 nəfər ağır xəsarət alıb.
Hazırda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.