Bakı-Sumqayıt qatarı

Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişdirildi

2331
Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq

BAKI, 21 avqust — Sputnik. Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O bildirib ki, Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 (otuz beş) gün müddətində "Texniki fasilə"nin verilməsi ilə əlaqədar olaraq, 22.08.2017-ci ildən 26.09.2017-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər haqqında ətraflı məlumatı www.ady.az saytından əldə edə bilərsiniz.

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

2331
Teqlər:
hərəkət cədvəli, Bakı-Sumqayıt-Bakı elektrik qatarları, Sevinc Qədirova
Əlaqədar
Metroda qatar yandı, sərnişinlər evakuasiya edildi
Bakı metrosunda daha bir gənc özünü qatarın altına atdı
Səyyar "ASAN qatar" Balakəndə
Qatarlar gücləndirilmiş rejimdə çalışacaq
Metroda qatarlar toqquşdu: yaralananlar var
Sputnik Beynəlxalq İnformasiya Agentliyinin loqosu, arxiv şəkli

"Bu, "Sputnik Latviya"ya qarşı ilk qərəz deyil" - Azərbaycanlı media eksperti

6
(Yenilənib 22:03 04.12.2020)
"Azadlıq radiosunun yayımının bloklanması pislənir, amma "Russia Today"-in yayımına məhdudiyyətə heç bir reaksiya verilmir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Latviya Dövlət Təhlükəsizlik xidməti dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına, eləcə də "Baltnews" portalının jurnalistlərinə və digər rusdilli media nümayəndələrinə Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə – Avropa Şurasının sanksiya rejimini pozma – ittiham irəli sürüb. Jurnalistlər saxlanılıb, dindirilib, axtarışa məruz qalıb və onlar haqqında cinayət işi qaldırılıb. Sputnik Azərbaycan ölkənin tanınmış media ekspertlərinin bu məsələyə münasibət bildirib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu hadisələr  jurnalistika prinsipi baxımından həqiqətən də yolverilməzdir: "Bu "Sputnik Latviya"ya qarşı olan ilk hadisə deyil. Çox uzun müddət dünyada belə kampaniyalar aparılırdı ki, Azadlıq radiosunun və digər beynəlxalq KİV-lərin fəaliyyəti bloklanır. Amma məsələ ondadır ki, Avropa ölkələrində, hətta ABŞ-ın özündə bu prinsiplər çox pozulur. Bunlardan qabaq, "Russia Today"-in yayımı bloklanmadı. Pribaltika ölkələrində onların yayımına məhdudiyyət qoyulub. Hələ o vaxt bu məsələ qalxanda bildirilirdi ki, Azadlıq radiosunun yayımının bloklanması pislənir, amma "Russia Today" yayımına məhdudiyyətə heç bir reaksiya verilmir. Çox təəssüf ki, söz azadlığı prinsipləri çox vaxt elə onu yaradan ölkələr tərəfindən pozulur. Müasir mediada baş verən ifadə azadlığı pozuntularının çoxu elə qərb dövlətlərinin özündən gəlir. O cümlədən, Avropa və ATƏT məkanından. Əvvəllər biz danışırdıq ki, bu ikili standartlar əsasən Azərbaycana qarşıdır. Amma son dövrlər görürük ki, bunların özlərinin ifadə azadlığına qarşı münasibətlərində çox ciddi dəyişikliklər var. Məsələn, elə bir neçə gün öncə Fransada baş verən toqquşmalarda media azadlığını götürək. Qlobal təhlükəsizlik haqqında qəbul olunan qanunun bir nömrəli hədəfi medianın azadlığının məhdudlaşdırılmasıdır. Beynəlxalq təşkilatlar tərəfindən belə bir ifadə işlədildi ki, artıq ATƏT-in, Avropa Şurasının ən aparıcı dövlətlərindən olan Fransa kimi ölkə söz azadlığının durumuna görə Somali və Sudanın vəziyyətinə düşüb. Söz və ifadə azadlığına ikili yanaşma var. Bu cür yanaşmalar Qərb dəyərləri haqqında danışanların özünü şübhə altına salır. Media azadlığının qanunvericilik nöqteyi nəzərindən məhdudlaşdırılması, ikili yanaşma jurnalistlərin təhdid olunması ilə bağlı ciddi faktlar ortaya çıxır. "Sputnik Latviya"ya qarşı baş verən hadisələr də kəskin şəkildə qınanılmalı, media, ifadə azadlığına qarşı addım kimi dəyərləndirilməlidir. Mən xarici KİV-lərin, onların əməkdaşlarının fəaliyyətinə baltikyanı dövlətlərdə yaradılmış bu maneəni və təhdidi kəskin qınayıram".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Latviya hakimiyyət orqanlarının "Baltnews" portalı və "Sputnik Latviya"nın rusdilli jurnalistlərinə qarşı hərəkətlərini sərt şəkildə qınayıb. Bildirilib ki, "Latviya Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin – media və ifadə azadlıqlarının pozulmasının bariz nümunəsi kimi qiymətləndiririlir: "Bu məhdudiyyətlər şəxsi xarakter daşıyır və şəxsən "Rossia Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovla əlaqəlidir, media holdinqin bütün əməkdaşlarına şamil edilə bilməz. Bütün bu uydurma ittihamların, heç şübhəsiz, rusofobiyanın təsiri ilə həyata keçirilən cəzalandırma tədbiri olduğu aydındır. Məsələ ATƏT Nazirlər Şurasında qaldırılacaq", – deyə məlumatda bildirilir. Nazirlik ümid etdiyini bildirir ki, ATƏT-in yeni Media Azadlığı Nümayəndəsi baş verənləri görməzdən gəlməyəcək və Latviyaya qarşı "bu cür hücumların qəbuledilməzliyi", "söz azadlığını təmin edilməsi üçün beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi" əsasında təzyiq göstərəcək. "Avropa Şurasından da adekvat reaksiya gözləyirik", – deyə məlumatda bildirilir.

Xatırladaq ki, keçən il Estoniyada da analoji hadisə müşahidə olunmuşdu.

6
Teqlər:
Həbs, jurnalistlər, Sputnik Latviya
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

14
(Yenilənib 21:07 04.12.2020)
Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək  210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

14
Teqlər:
Silahlı Qüvvələrə Yardım Fondu, Müdafiə Nazirliyi