Реджеп Тайип Эрдоган

Avropadan Ərdoğana hədə: İşimizə qarışsan...

479
Türkiyə prezidenti Ərdoğan təkcə Almaniyanın deyil, digər ölkələrin də daxili işlərinə qarışır

BAKI, 20 avqust — Sputnik. Avstriya daxili işlər naziri Sebastyan Kurts Türkiyənin ölkənin daxili işlərinə qarışmasına dözməyəcəyini bəyan edib. Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə "Welt" qəzetinə müsahibəsində bildirib.

Kurts deyib: "Mən dəqiq bilirəm ki, Türkiyə prezidenti Ərdoğan təkcə Almaniyanın deyil, digər ölkələrin də daxili işlərinə qarışır və mən bunu rədd edirəm. Türkiyə xüsusən də Avstriya və Almaniyadakı türk mənşəli ölkə vətəndaşlarından istifadə etməyə, Türkiyədəki münaqişələri qütbləşdirməyə və Avropa İttifaqına keçirməyə çalışır".

Nazir Türkiyə prezidentinə xəbərdarlıq da edib: "Ərdoğan və ya onun nazirləri Avstriya Milli Şurasına (parlamentin aşağı palatası) keçiriləcək seçkilərə müdaxilə etmək niyyətindədilərsə, min indidən deyirəm ki, biz belə bir müdaxiləyə dözməyəcəyik".

Xatırladaq edək ki, Ərdoğan etnik türklərə müraciət edərək Almaniya kansleri Angela Merkrlin partiyasına və digər "düşmənlərə" səs verməməyə çağırıb.

Qeyd edək ki, Almaniya bundestaqına seçkilər sentyabrın 24-də, Avstriya parlamentinə seçkilər oktyabrın 15-də keçiriləcək.

479
Teqlər:
xəbərdarlıq, Ərdoğan, seçkilər, Avstriya, Türkiyə, Almaniya
Əlaqədar
Ərdoğanın Merkeli devirmək planının üstü açıldı
Ərdoğan İrana hansı mesajı aparır?
Çinlilər Ərdoğanın sözü ilə Türkiyəyə axın etdilər
Ərdoğanın oğlu Atatürk liseyini dini məktəbə çevirdi
İsrail Ərdoğanı "Osmanlı" ilə vurdu
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 29 mini keçdi

0
Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

BAKI, 7 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 29285-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 349 nəfər artıb.

Ermənistanda son gündə daha 12 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 503-ə çatıb. Xəstəlikdən sağalanların sayı 16907 olub. Hazırda bu ölkədə 11711 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Koronavirus vaksini, arxiv şəkli

Sonun başlanğıcı Koronavirus vaksininin vurulduğu könüllülər ilk dəfə danışdılar

9
(Yenilənib 12:30 07.07.2020)
Bütün könüllülər daimi olaraq tibbi işçilərinin nəzarəti altındadırlar: onlar gündəlik olaraq sorğu-sual edilir, təzyiqləri, nəbzləri, temperaturu ölçülür, preparatın vurulduğu yer yoxlanılır.

BAKI, 7 iyul — Sputnik. Rusiya Müdafiə Nazirliyinin Qameli adına Epidemiologiya və Mikrobiologiya Milli Araşdırma Mərkəzi ilə birgə koronavirus əleyhinə peyvəndi sınaqdan keçirdiyi ikinci qrupun vəziyyəti sabit, yaxşıdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bütün könüllülər daimi olaraq tibbi işçilərinin nəzarəti altındadır: onlar gündəlik olaraq sorğu-sual edilir, təzyiqləri, nəbzləri, temperaturu ölçülür, preparatın vurulduğu yer yoxlanılır. Lazımı sınaqlar protokoluna uyğun olaraq bütün laboratoriya və instrumental tədqiqatların spektri həyata keçirilir.

Könüllülər özlərini yaxşı hiss edirlər. Belə ki, müqavilə ilə xidmət edən hərbçi İvan bəyan edib ki, hazırda özünü yaxşı hiss edir, lakin vaksinin vurulduğu ilk gündə onun orqanizmində dəyişikliklərin olmaması onu narahat edirdi.

Digər könüllü isə, Sevastopoldan olan hərbi həkim Stanislov öz vəziyyətini əla olaraq dəyərləndirib: "Temperatur normaldır, şikayət üçün heç bir səbəb yoxdur. Əhvalım yaxşıdır və hər gün daha da yaxşılaşır. Çünki mən anlayıram ki, öz sevimli həyat yoldaşım və uşaqlarımın yanına qayıdacağam".

Sınaqların daha bir iştirakçısı etiraf edib ki, "yorulub", lakin vurğulayıb ki, bunda "qorxulu heç nə yoxdur": "İynədən sonra heç yerim ağrımır, nə temperaturum var idi, nə də təzyiqim qalxdı. Hər şey yaxşı idi. Mən çox təccüblənmişdim və buna sevindim. Sınaqlardan iki həftə keçəndən sonra da mənim vəziyyətim çox yaxşıdır və heç nə ilə fərqlənmir".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda, demək olar ki, bütün dünyanı əhatə edən virusa yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Rusiyada indiyədək 686 mindən çox insan koronavirusa yoluxub, 10,2 nəfər isə virusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib.

9
Teqlər:
Çin, Rusiya, vaksin, Koronavirus, COVID-19