Toy süfrəsi, arxiv şəkli

Bu bölgədə bütün toylar təxirə salındı

4494
(Yenilənib 15:56 18.08.2017)
Rövşən Lənkəranskinin xatirəsinə hörmət əlaməti olaraq cənub bölgəsində toylar təxirə salınıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Bu gün Lənkəran şəhərində bütün toy mərasimləri təxirə salınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına əsasən, bu addım kriminal aləmdə tanınmış şəxs olan Rövşən Lənkəranskinin (Canıyev) ölümünün ildönümü ilə əlaqədardır.

Məlumata görə, mərhumun xatirəsinə ehtiram əlaməti olaraq keçirilən hüzr mərasiminin çadırının uzunluğu 50 metrdən çoxdur. Bu saatadək on mindən artıq adam Lənkəranskinin hüzr mərasimində iştirak edib.

Məlumatda bildirilir ki, ildönümü ilə əlaqədar olaraq Lənkəranda imkansız ailələrə ehsan bağlamaları paylanılır.

İl mərasimində iştirak etmək üçün Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Almaniya və İsveçdən kriminal aləminin məşhur simaları Lənkərana gəlib.

Xatırladaq ki, Rövşən Lənkəranski 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonundakı Barbarossa bulvarında qətlə yetirilib. O, qətldən bir gün sonra Lənkəranın Kiçik Bazar Qəbiristanlığında dəfn edilib.

4494
Teqlər:
kriminal avtoritet, kriminal, Ukrayna, Rusiya, Türkiyə, İsveç, Almaniya, Rövşən Lənkəranski, Lənkəran
Əlaqədar
Rusiyadakı kütləvi davada Rövşən Lənkəranski izi
Rövşən Lənkəranski Lotu Bəxtiyarın rekordunu təzələdi
Lənkəranski son mənzilə belə yola salındı
MDB məkanının kriminal avtoritetləri Azərbaycanda
Məşhur avtoritetlər Rövşən Lənkəranskinin il mərasimində
Polisdən Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı gözlənilməz açıqlama