Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Paytaxtda terror aktları hazırlayan dəstə ələ keçdi

© Sputnik / Yevgeniya Novozhenina / Mediabanka keçidMoskva, arxiv şəkli
Moskva, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Terror aktlarının təşkilatçıları isə Suriyada fəaliyyət göstərən Nəzərov və Şirincanov soyadlı beynəlxalq axtarışda olan şəxslərdir

BAKI, 14 avqust — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti paytaxt Moskvada nəqliyyatda və iri ticarət mərkəzlərində terror aktları planlaşdıran İŞİD-çiləri yaxalayıb. Terror aktlarını kamikadzelər həyata keçirməli imişlər. Terrorçular böyük gücə malik partlayıcı qurğulardan istifadə etmək istəyirmişlər.

Saxlananlar arasında İŞİD emissarı, partlayıcı qurğuların hazırlanması üzrə mütəxəssis və 2 terrorçu-kamikadze var.

Terror aktlarının təşkilatçıları isə Suriyada fəaliyyət göstərən Nəzərov və Şirincanov soyadlı beynəlxalq axtarışda olan şəxslərdir. Şirincanov İŞİD-in terrorçu hazırlama mərkəzinin rəhbəridir.

Terrorçular Rusiya və Mərkəzi Asiya respublikalarının vətəndaşlarıdır.

Xəbər lenti
0