CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki ulduz idmançının düşmənçiliyinin səbəbi məlum oldu

© Sputnik / Anton DenisovMariya Şarapova, arxiv şəkli
Mariya Şarapova, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tennis ulduzu: "Mən bir daha bu balaca ifritəyə məğlub olmayacağam"

BAKI, 13 avqust — Sputnik. Rusiyalı tennisçi Mariya Şarapova tərcümeyi-halı barədə kitab buraxmağa hazırlaşır. 15 aylıq diskvalifikasiyadan sonra böyük idmana qayıdan Mariya Şarapova kitabında öz bioqrafiyasının ən böyük sirlərindən birini açıb. Söhbət amerikalı tennisçi Serena Uilyamsa münasibətlərdən gedir. Kitabdan fraqmentləri ABŞ-ın "People" jurnalı dərc edib.

"Bizim oxşar cəhətlərimiz çoxdur. Serena ilə mən əslində dost olmalı idik, amma dost deyilik" — Şarapova kitabında bildirir. 

İki tennisçinin münasibətlərində həlledici rolu 2004-cü ilin iyulunda keçirilmiş Uimbldon turnirinin finalı olub. O yarışda 17 yaşlı Şarapova iki partiyada özündən 6 yaş böyük Uilyamsı məğlub edib. Rusiyalı tennisçi üçün bu, karyerasındakı ilk "Böyük dəbilqə" turniri olub.

Görüşdən sonra Uliyams Şarapovanı qucaqlayaraq onu tərifləyib və gülümsəyib. Lakin soyunub-geyinmə otağında Şarapova Uilyamsın ağladığını eşidib.

"Mən oradan mümkün qədər tez qaçmağa çalışdım, amma əminəm ki, Serena mənim orada olduğumu bildi. Məncə, o mənim kimi bir uşağın ona qalib gəlməsinə görə mənə nifrət edib. Onun ağlamağını eşitdiyimə görə isə mənə lap nifrət etməyə başlayıb. İnsanlar tez-tez məndən niyə Serena Uilyamsla görüşlərdə o qədər problem yaşadığımı soruşurlar (21 görüşdə 19 məğlubiyyət). Məncə, cavabı həmin soyunub-geyinmə otağında axtarmaq lazımdır" — Şarapova yazır.

Şarapova turnirdən bir müddət sonra Uilyamsın başqa bir şəxsə "Mən bir daha bu balaca ifritəyə məğlub olmayacağam" dediyinin şahidi olub.

Xəbər lenti
0