Onkoloji xəstələr üçüb həblər, arxiv şəkli

Polisdən xəbərdarlıq: Bazarda ucuz qiymətə saxta xərçəng dərmanları dolaşır

999
Türkiyədən idxal olunmuş və analoqlarından ucuz olan dərmanları əsla almayın.

BAKI, 13 avqust — Sputnik. Xərçəng xəstələri aptekdən dərmanları alırlar. Amma bu dərmanlar onlara qətiyyən kömək eləmir, əksinə, vəziyyətləri getdikcə ağırlaşır. Onlar gah həkimləri, gah da onların dərdinə əlac tapa bilməyən tibb elmini günahlandırırlar. Əslində isə, bir çox hallarda xəstələrin dərdinin yüngülləşməsinə saxta dərmanlar mane olur. Daha doğrusu, saxta dərmanları orijinal adı ilə xərçəng xəstələrinə sırıyan möhtəkirlər.

Ötən gün Türkiyədəki bir evdə baş verən yanğın şoka salan gerçəyi üzə çıxarıb. İstanbulun Fatih bölgəsindəki bir evdəki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının tüstüsü çəkilərkən, ortaya ilginc mənzərə çıxıb. Sərin yerdə və steril şəraitdə saxlanılması vacib olan 2 min 573 qutu xərçəng və diabet dərmanı bu evdə saxlanma şərtlərinə uyğun olmayan halda aşkarlanıb.

Araşdırma zamanı Sosial Təhlükəsizlik İdarəsinin fakturasına yazılan saxta reseptlər əsasında əldə edilən dərmanların 3 milyon 250 min türk lirəsi dəyərində olduğu müəyyən edilib. İstanbulun hüquq-mühafizə orqanları saxta dərman biznesilə məşğul olan qruplaşmanın izinə düşüb. 

Hadisədən sonra saxlanılan ev sahibi istintaqa verdiyi ifadədə evini dərman biznesi ilə məşğul olan şəxslərə kirayəyə verdiyini bildirib.

Polis, dərman mafiyasının üzvü olduğu bildirilən Suriya vətəndaşı N.E.A.-nı gecə yarısı həyata keçirdiyi əməliyyat nəticəsində yaxalayıb.

Məlum olub ki, cinayətkar qruplaşma üzvlərinin dərman paylarını oğurladıqları yüzlərlə xərçəng xəstəsi çıxılmaz vəziyyətə düşüb. Dövlətdən güzəştli dərman alan xərçəng xəstələrindən biri müəyyən edib ki, heç getmədiyi Şanlıurfadaki bir xəstəxanada onun şəxsi məlumatlarından istifadə olunmaqla resept hazırlanıb və o resept əsasında da dərman alınıb. Ələ keçirilən dərmanların kimlərin adına alındığının təsbit edilməsi üçün müvafiq sənədlər Səhiyyə İdarəsinə göndərilib. 

Polis hazırda bu dərman cinayəti ilə bağlı üç versiya üzərində işləyir:

 

  1. Həkimlər xərçəng xəstələrinin müalicəsində istifadə olunacaq dərmanları bir reseptə yazırlar. Xəstə ona yazılan 8 qutu dərmanın 2 qutusunu alıb istifadə edir. Qalan 6 qutu isə müvafiq soyuq temperaturda qalması üçün aptekdə saxlanılır. Bu cür xəstələri müəyyən edən dərman mafiyasının üzvləri xəstələrin adına aldıqları saxta reseptlərlə onların güzəştli qiymətlərə olan dərman paylarını apteklərdən alırlar. Dərmanlarının qalanını almaq üçün aptekə gedən həqiqi xəstə dərmanları onun adından kiminsə aldığını eşidərək şoka düşür.
  2. Qruplaşma üzvləri xərçəng dərmanına çox oxşayan və bazarda çox ucuz olan rentgen aydınlatma dərmanını xərçəng dərmanı qutusuna qoyaraq satışa çıxarır. Xəstələr isə xərçəng dərmanı aldıqlarını və müalicə olunduqlarını düşünürlər. Amma bu dərmanlar heç bir effekt verməyərək xəstənin vəziyyətinin pisləşməsinə səbəb olur.
  3. Cinayətkar şəbəkə istifadə müddəti keçən xərçəng dərmanlarını toplayır. İstifadə müddətini dəyişdirərək yenidən satışa çıxarır. 

 

Qeyd edək ki, hazırda İstanbulun hüquq-mühafizə orqanları sözügedən dərman mafiyasının saxta dərmanları Türkiyənin başqa ərazilərinə və yaxın xaricə çıxarıb-çıxarmadığını araşdırır. İstanbul Polis İdarəsi firma istehsalı olan bahalı xərçəng dərmanlarının saxta versiyalarının möhtəkirlərin əli ilə Türkiyədən dərman idxal edən ölkələrə də gedib çıxacağından ehtiyatlanır. Odur ki, polis baş vermiş dərman cinayəti ilə əlaqədar Səhiyyə və Gömrük orqanlarını xəbərdar edir.

Azərbaycanlı xərçəng xəstələrinə də Türkiyə istehsalı olan, amma analoqlarından xeyli ucuz satılan dərmanlardan uzaq olmaq tövsiyə edilir.

999
Teqlər:
saxta dərmanlar, xərçəng xəstəliyi, dərman, İstanbul Polis İdarəsi, Fatih bölgəsi, İstanbul, Türkiyə
Əlaqədar
Gündəlik menyumuzda olan bu qida xərçəngi inkişaf etdirir
Bunlar prostat vəzi xərçənginin düşmənidirlər
Rusiya prezidentinin atası da xərçəngdən əziyyət çəkirmiş
Xərçəngin müalicəsi tapıldı, bir şərtlə...
Xərçəngdən əziyyət çəkənlərə xoş xəbər
Çarpayıda gənc cütlük, arxiv şəkli

Hüquqşünas: "Yataq otağından çıxandan sonra söhbət ediləcək mövzu yoxdursa..."

10
(Yenilənib 15:15 19.01.2021)
"Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman o, atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Pandemiya dövründə daha əvvəl müşahidə edilməyən qaydalar tətbiq edildiyi üçün vətəndaşlar bu dönəmdə müxtəlif qayda pozuntuları ilə qarşılaşdılar. Karantin rejimi, SMS-icazə, evdə qalmaq kimi məhdudiyyətlər yenilik olduğu üçün bir çox vətəndaşlar bu vəziyyətlə barışmaqda çətinlik çəkdilər.

Bəs bu dövrdə vətəndaşlar hüquqşünaslara daha çox hansı hüquq pozuntusu ilə müraciət ediblər?

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

© Sputnik / Irade JELIL
Hüquqşünas Tağı Hüseynov

- Pandemiya dövründə vətəndaşları hüquqi istiqamətdə daha çox nə narahat edib?

- Pandemiya dövründə əsas hüquq pozuntuları iki istiqamətdə olub. Yəni şəxslərin bizə müraciətləri boşanma və inzibati orqanların tətbiq etdiyi cərimələrlə bağlı olub. Bir müddət əvvəl, sərt karantin rejimində evdə qalmaq tələbi, kafe və restoranların bağlı olması ailələri, demək olar ki, bir yerə topladı. Bu müddət ərzində mehriban olan ailələr daha da mehribanlaşdı. Problemli ailələrin problemi isə böyüyərək boşanma ilə nəticələndi.

İkinci istiqamətdə olan hüquq pozuntuları əsasən polisin yazdığı cərimələrlə bağlı olub. Belə ki, müraciət edən vətəndaşlar müxtəlif səbəblərlə polisin yazdığı cərimələrlə razılaşmadıqlarını dilə gətirirdilər. Bəziləri qeyd edirdilər ki, SMS müddətinin bitməsindən 2 dəqiqə sonra cərimə yazılıb, bəziləri evinin qapısında ona cərimə yazıldığını bildirirdilər. Bu problemlə qarşılaşan vətəndaşların 99 faizi məhkəməyə müraciət etmir. Düşünürlər ki, 100 manata görə məhkəmələrə vaxt ayırmağa dəyməz.

Ancaq bəzi prinsipial insanlar var ki, axıra qədər davam edirlər. Mən vətəndaşlara izah edirdim ki, məhkəməyə arayış yazmağa 50 manat vəkilə verməkdənsə, cəriməni tətbiq edən quruma müraciət ünvanlasınlar.

- Boşanma müraciətləri ilə bağlı vətəndaşlar səbəb kimi nəyi vurğulayırlar?

- Düzünü desək, son dövrlədə kişilər öz məsuliyyətlərini unudublar. Bir müddət əvvəl qadınlar hüquq bərabərliyi istəyirdilər. Bu da sizə hüquq bərabərliyi. Ailədə kişi və qadınların vəzifələri yazılı şəkildə müəyyən edilmədiyi üçün ailə daxilində ər və arvad ailədə öz vəzifəsini bilmir. Ərzaq, əmlak, yemək almaq və s. kimin vəzifəsidir? Heç kim bilmir. Çox qəribədir, ailədə kişi yeyib-yatanda, işləməyəndə məsuliyyətə cəlb edilmir, amma ayrılandan sonra aliment ödəməyəndə cəlb edilir.

Boşanmaların digər səbəbi isə xəyanətdir.

Sosial şəbəkələr xəyanətlərin artmasına səbəb olur. Qadın və ya kişi sosial şəbəkədə kimləsə tanış olur və düşünür ki, ərim, arvadım onsuz da bilməyəcək. Amma artıq texnologiya inkişaf edib. Bütün şəbəkələrin mesajlarını tutmaq mümkündür.

Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub.

Qadınlar da ailə həyatına müvəqqəti baxırlar. Yəni ərə sadəcə ərə getmək, ana olmaq xatirinə gedirlər. Düşünmürlər ki, həyat yoldaşı olmaq da özü də gözəl statusdur.

Qızlar oğlanı tanımadan ailə həyatı qururlar. Bəzən olur ki, onlar yataq otağından çıxandan sonra yarım saat söhbət edə biləcək mövzu tapa bilmirlər.

Bu səbəbdən də ailələr uzun müddətli olmur.

- "Aliment Fondu"nun yaradılması müzakirə edilir.

- Fondun yaradılması bir neçə il əvvəl də müzakirə edilmişdi. Ancaq bu müzakirələr reallaşmadı. Çünki bu fondun yaradılması boşanmaların artmasına səbəb ola bilərdi. Məsələn, qadınlar onu incidən həyat yoldaşları ilə birlikdə yaşamaqdan imtina edəcəkdilər. Düşünəcəkdilər ki, əgər fond varsa, heç kişini aliment üçün məhkəməyə də verməyə ehtiyac qalmayacaq. "Aliment Fondu" uşağa aliment ödəyəcək.

Ancaq bu gün qadınlar düşünürlər ki, boşansalar, aliment də ala bilməsələr, uşağa tək baxa bilməyəcəklər. Məcburən güzəştə gedib, ailə həyatını davam etdirməli olurlar.

Bu səbəbdən də fondun müzakirəsi dayandırıldı.

Hesab edirəm ki, uşaq pulunun verilməsi müzakirə edilməlidir. Məsələn, hər uşağa 100 manat uşaq pulu ayrılsa, boşanma olsa belə, kişi öz payına düşən 75 manatı ödəməli olar.

Ölkədə hamı 2000 manat maaş almır. Normal maaş 500 manatdır. Əgər bu maaşı alan kişinin iki uşağı varsa, uşaqlara 350 manat ödənilməlidir. Bu da təbii ki, kişiyə də sərf etmir. Mən hesab edirəm ki, kişilərə güzəşt etmək lazımdır. Aliment verməyən kişi Azərbaycan üçün üz qarasıdır. Ancaq kişilərin gəlirləri də nəzərə alınmalıdır.

10
Teqlər:
müsahibə, problemlər, kişi, qadın, hüquqşünas
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir

4
(Yenilənib 19:44 19.01.2021)
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.

Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.

Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.

4