Balakəndə Bayraq Muzeyinin açılışı olub

İlham Əliyev AXC atributuna xüsusi ehtiram nümayiş etdirdi

3744
Prezident Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib

BAKI, 3 avgust — Sputnik. Prezident İlham Əliyev Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev Balakən Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlətimizin başçısı muzeylə tanış olub. Məlumat verilib ki, muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Balakən Rayon İcra Hakimiyyətinin sifarişi əsasında inşa edilən muzey binasının ümumi sahəsi 510 kvadratmetrdir. Binada zallar və konfrans otağı yaradılıb. Ekspozisiya zalında maraqlı eksponatlar sərgilənir. Burada müxtəlif dövrlərdə Azərbaycanda atribut kimi qəbul edilmiş bayraqlar, gerblər, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzalarının və Bakı quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir.

Muzeydə Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illərdəki və 1991-ci ildəki xəritələri də var. Güc strukturlarının geyimlərinin, tarixin müxtəlif dövrlərində ölkəmizdə istifadə edilən sikkələrin, pulların nümayiş olunduğu ekspozisiyalar da maraq doğurur. Bu cür layihələrin həyata keçirilməsi, həmçinin milli atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

  • Balakəndə Bayraq Muzeyinin açılışı olub
    Balakəndə Bayraq Muzeyinin açılışı olub
    © AZƏRTAC
  • Balakəndə Bayraq Muzeyinin açılışı olub
    Balakəndə Bayraq Muzeyinin açılışı olub
    © AZƏRTAC
  • Balakəndə Bayraq Muzeyinin açılışı olub
    Balakəndə Bayraq Muzeyinin açılışı olub
    © AZƏRTAC
  • Balakəndə Bayraq Muzeyinin açılışı olub
    Balakəndə Bayraq Muzeyinin açılışı olub
    © AZƏRTAC
  • Balakəndə Bayraq Muzeyinin açılışı olub
    Balakəndə Bayraq Muzeyinin açılışı olub
    © AZƏRTAC
1 / 5
© AZƏRTAC
Balakəndə Bayraq Muzeyinin açılışı olub

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin atributlarından biri olan üçrəngli, ay-ulduzlu bayrağımızla hər bir azərbaycanlı fəxr edir. Xalqımız həmişə bu bayrağa böyük sevgi, dərin ehtiramla yanaşıb. Hər bir azərbaycanlı dövlət bayrağını özünün milli qürur mənbəyi hesab edir.

Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Bu gün paytaxtla yanaşı, respublikanın bölgələrində də Dövlət Bayrağı meydanlarının və muzeylərinin inşası dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətin nəticəsidir. Balakən rayonunda inşa edilən Bayraq Muzeyi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

3744
Teqlər:
Bayraq Muzeyi, Balakən şəhəri, atribut, İlham Əliyev, prezident
Əlaqədar
Dövlət başçısı yeni Su Elektrik Stansiyasını işə saldı
Prezident şimal bölgəsinə gedib
DSX əsgəri, arxiv şəkli

Baş Prokurorluq sərhədi qanunsuz keçənlərlə bağlı xəbərdarlıq etdi

7
(Yenilənib 12:43 21.10.2020)
Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

 

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları,eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

7
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

8
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

8
Teqlər:
neft, OPEK, OPEC