Çarlz Kuonen adına körpü

Bu körpü dünya rekordu vurdu

149
(Yenilənib 23:41 29.07.2017)
İsveçrənin Vale kantonunda dünyanın ən uzun asma körpüsü istifadəyə verilib

BAKI, 29 iyul — Sputnik. İsveçrənin Vale kantonunda uzunluğu təqribən 500 metr olan və dünya rekordu vuran asma piyada körpüsü istifadəyə verilib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Çarlz Kuonen adına (tikili sponsorlardan birinin şərəfinə adlandırılıb) körpü təxminən 80 metr hündürlükdə torpaq üzərində yerləşir.

Qrehen və Sermat yaşayış məntəqələrini birləşdirən bu körpünün uzunluğu 494 metr, eni 65 santimetrdir.

Körpünün tikintisinə 730 min İsveçrə frankı (təqribən 750 min dollar) xərclənib. İlk piyadalar şənbə günü tikilidən istifadə edə biliblər.

149
Teqlər:
asma körpü, körpü, İsveçrə