Министр обороны РФ Сергей Шойгу на церемонии открытия Армейских международных игр АрМИ-2017 в Московской области

Rusiyanın müdafiə naziri Azərbaycan təamlarının dadına baxıb

2269
(Yenilənib 21:07 29.07.2017)
Rusiyanın müdafiə naziri Sergey Şoyqu 3-cü Beynəlxalq Hərb Oyunları çərçivəsində Azərbaycan milli mətbəxinin təamlarını dadıb.

BAKI, 29 iyul — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu 3-cü Beynəlxalq Hərb Oyunları çərçivəsində Azərbaycan milli mətbəxinin təamlarını dadıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Şoyqu "Səhra mətbəxi" yarışından əvvəl Rusiya, Azərbaycan, Belarus Serbiya, Monqolustan və İsrail aşpazlarının hazırladığı xörəklərin dadına baxıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir: "Rusiya, Azərbaycan, Belarus, Serbiya, Monqolustan və İsrailin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün öz milli mətbəxlərinə aid 150-dən çox xörək hazırlayıb. Nazir xüsusilə azərbaycanlıların ət xörəkləri və şirniyyatlarının dadına baxıb. O, həmçinin, rusiyalı aşpazların balıq və un məmulatlarından hazırladıqları təamlarından yeyib. Monqol aşpazların isə çayını içib".

Qeyd edək ki, "Səhra mətbəxi" yarış avqustun 1-də başlayacaq.

2269
Teqlər:
Monqolustan, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Müdafiə Nazirliyi, İsrail, Sergey Şoyqu, Rusiya
Əlaqədar
Zakir Həsənov: "Şoyqu mənə zəng etdi ki, "bu işi dayandırmaq lazımdır"
Sergey Şoyqu Azərbaycanda səfərdədir