Bakı sakinləri

Xəbərdarlıq: bu günlərdə ehtiyatlı olun

5710
(Yenilənib 16:55 28.07.2017)
Vətəndaşların qarşıdakı iki gündə ehtiyatı əldən verməmələri tövsiyə olunur

BAKI, 28 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 29-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Nazirlik tibbi-meteoroloji xəbərdarlıq da edir: İyulun 28-29-da Abşeron yarımadasında zəif küləklərin və nisbətən rütubətli hava şəraitinin üstünlüyü fonunda isti temperatur diskomfortu əksər əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

5710
Teqlər:
yağmursuz, hava şəraiti, Abşeron yarımadası, nazirlik, Bakı
Əlaqədar
Ölkə vətəndaşlarına xəbərdarlıq edildi
Gözlədiyimiz hava qayıdır: xəbərdarlıq
Nazirlikdən gözlənilməz xəbərdarlıq
Əhaliyə xəbərdarlıq edildi
Здание Службы государственной безопасности Азербайджанской Республики в Баку

Dövlət Təhlükəsizliyi Xidməti ölkə vətəndaşlarına xəbərdarlıq etdi

7
(Yenilənib 21:49 30.09.2020)
Ermənistan Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.

Sputnik Azərbaycan-a Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıblar.

Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur.

7
Məktəblilər, arxiv şəkli

Nazirlik bu günə qədər koronavirusa yoluxan məktəblilərin sayını açıqlayıb

8
(Yenilənib 21:37 30.09.2020)
Emin Əmrullayev: Ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcək və həmin ərazilərdə tədris bərpa olunacaq.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanda 420 məktəb öz fəaliyyətini müvəqqəti məhdudlaşdırıb və dayandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcək və həmin ərazilərdə tədris bərpa olunacaq.

Nazirin sözlərinə görə, düşmən zərbələri nəticəsində 9 məktəb zədə alıb, 2 şagird dünyasını dəyişib, 1 müəllim yaralanıb.

E.Əmirullayev həmçinin bildirib ki, hər gün Operativ Qərargahdan yoluxan şəxslərin FİN nömrəsi göndərilir, bunun vasitəsilə hansı şagird və müəllimlərin yoluxması müəyyən olunur.

Onun sözlərinə görə, eyni zamanda, prosesin vaxtında aparılması üçün 300-dən çox "Məktəblinin dostu" və 700-dən çox könüllü şagirdlərin hərarətini ölçür: "Siniflərdə nəzarət həyata keçirilir, müəllim və ya şagirdlərdə hərarət artanda, dərsdən çıxarılır".

Nazir vurğulayıb ki, bu günə qədər 387 şagirdin, 23 müəllimin hərarəti 37 dərəcədən çox olub. Dərsdən təcrid edilən 78 şagird və 2 işçi heyəti olub. Bu günə qədər koronavirusa yoluxan şagirdlərin sayı 210 nəfər olub.

Onun sözlərinə görə, məktəblərdə kütləvi şəkildə yoluxma olmayıb: "Yəni yoluxan şagird olanda bir neçə şagirdin yoluxması olmayıb. Virus hazırda məktəbdən evə yox, evdən məktəbə gedir. Bir sinifdə kütləvi yoluxma olmayıb. Müəllimlər arasında isə Qubada bir kənddə 8 müəllim yoluxub. Bu məktəb distant təhsilə keçirilib. Ümumilikdə 19 sinif, bir məktəb distant təhsilə keçirilib. 14 gün bitdiyi üçün gələn həftə bəzi siniflər distant təhsildən çıxacaq. Yoluxan şagirdlərlə təmasda olan şagirdlərin sayı 612, yoluxan heyət sayı 59, təmasda olan heyət sayı 76 olub".

8