Azərbaycanlı iş adamı, müğənni və bəstəkar, Rusiyanın Crocus Group şirkətinin prezidentinin oğlu Emin Ağalarov

Emin Ağalarov Trampla bağlı məsələyə münasibət bildirdi

77
Emin Ağalarov Tramp ailəsi ilə bağlı qalmaqala cəlb olunub

BAKI, 24 iyul — Sputnik. Azərbaycanlı iş adamı, müğənni və bəstəkar, Rusiyanın Crocus Group şirkətinin prezidentinin oğlu Emin Ağalarov ilk dəfə olaraq ABŞ prezidenti Donald Trampla bağlı yaranmış qalmaqaldan danışmalı olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Emin Ağalarov Yurmalada BBC müxbirinin sualları ilə qarşılaşıb.

O, Trampın oğlunun Kremllə əlaqəsi olan vəkillə görüşünü təşkil etməkdə günahlandırılır. İddiaya görə, kiçik Tramp rus vəkil Natalya Veselnitsko ilə görüşüb. Məhz bu görüşdə o, prezidentliyə namizəd olan Donald Tramın əsas rəqibi Hillari Klintona qarşı olan sənədləri milyarderin oğluna verməli idi. 

Onun Trampa məhz hansı sənədləri verməyə çalışdığı barədə suala Emin belə cavab verib: "Tramp haqqında heç bir sual verməyin. Mən burada müğənni kimi iştirak edirəm. Bu gün axşam mənim şouma gəlin".

O, hətta Trampla olan e-maillərindən də danışmayıb və bu barədə sualları vəkilinə verməyi məsləhət görüb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın böyük oğlu atasının namizədliyi təsdiq olunduqdan sonra kampaniyaya faydalı məlumat əldə etmək ümidi ilə Hillari Klintona zərər verə biləcək məlumatlar olduğunu iddia edən bir rusiyalı vəkillə görüşdüyünü təsdiq edib.

Görüşdə Ağ Evin hazırkı müşaviri, Donald Trampın kürəkəni Cared Kuşner və Tramp kampaniyasının həmsədri Pol Manafort da iştirak edib. Trampın oğlu onu da əlavə edib ki, atası bu görüşdən xəbərsiz olub. "Reuters"in yaydığı məlumata görə, Trampın oğlu ilə Veselnitskayanın görüşünə müğənni-bəstəkar Emin Ağalarov da vasitəçilik edib.

Tramp ailəsinin Ağalarovlar ailəsi ilə tanışlıq tarixi 2013-cü ildən başlayıb. Həmin vaxt Moskvada "Miss Vselennaya 2013" müsabiqəsi keçirilirmiş. Həmin vaxt Ağalarovların təklifi kiçik Trampı maraqlandırıb. Ata Tramp isə Eminin məşhur kliplərindən birində şirkətin prezidenti obrazını canlandırıb.

Emin Ağalarov Yurmalanın özəl qonağıdır: o, "Layma. Randevü.Yurmala" və "Yeni dalğa" (müsabiqədənkənar proqram) festivallarında iştirak edib.

Bu tədbirlər ənənəvi olaraq Latviyanın kurort şəhərində, özü də təkcə şou-biznes ulduzları deyil, həm də iri sahibkarların iştirakı ilə keçirilir.

Müxtəlif illərdə yerli KİV həmin iş adamları arasında Roman Abramoviç, Əlişir Usmanov, Rinat Əhmədov, Pyotr Avenin də olduğunu bildirib. 

Kiçik Donald Tramp da Latviyanı ziyarət edib. 2012-ci ildə o Baltic International Bank-ın baş səhmdarı Valeri Belokonun dəvətilə Riqaya gəlib.

Kiçik Trampın "Otkrıtıy qorod" (Açıq şəhər) jurnalına müsahibəsində deyib ki, Latviyaya ailə biznesi və nəsillərin əlaqələri ilə bağlı danışmaq üçün dəvət edilib.

Amma burada hər hansı konkret biznes müqaviləsi bağlamağa hazırlaşmır, baxmayaraq ki, bu barədə bəzi imkanlar müzakirə edilib.

77
Tarkan, arxiv şəkli

Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"

6
(Yenilənib 09:57 24.10.2020)
Bu dəfə meqastar Tarkan və müğənni Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim ediliblər.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistanın Qarabağda davam edən döyüşlərdə türkiyəli məşhurlardan istifadə edərək dezinformasiya yaymağı Türkiyə KİV-nin gündəmini zəbt edib.

Sputnik Azərbaycan xəbər verir ki, ölkənin tanınmış telekanalları və xəbər portalları məlumat yayaraq ermənilərin çirkin təbliğata əl atdıqlarını qeyd edib.

Həmçinin məşhurların hərbi xidmətdə çəkilən fotolarının düşmən ölkənin mətbuatında yer alıb. Bu dəfə meqastar Tarkan və Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim edilib.

Qeyd edək ki, bundan öncə ermənilər məşhur simalar - müğənni Sərdar Ortac, aktyorlar - Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, şoumen Bəyazit Öztürk və sosial şəbəkə fenomeni Burak Özdemiri öldürülən Azərbaycan əsgərləri kimi təqdim etmişdilər.

6

Cəbhəyanı bölgələrdə 175 partlamamış sursat, mərmi qalıqları dronlar zərərsizləşdirilib

1
Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 9 714 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 24 oktyabr - Sputnik. 23 oktyabr tarixində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 38 (otuz səkkiz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 40 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Böyük Kəhrizli, Hacılar, Qaradolaq, Yeni Qaradolaq, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Bəybabalar, Çəmənli, Mahrızlı kəndləri, Bərdə rayonunun Xantorpaq, Əlyanlı kəndləri, Beyləqan rayonunda “Mayak” adlanan əraziyə, Füzuli rayonunun Alxanlı, Böyük Bəhmənli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu, Şəfəq, Səfibəyli, Hacalı kəndləri, Naftalan rayonunun Qaşaltı kəndi, Tərtər rayonunun Borsunlu, Yuxarı Sarıcalı kəndləri, Qızıloba qəsəbəsi, V.Orucov, H.Hacıyev, V.Hüseynov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 33 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 175 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 35 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd raket, 1 ədəd 9N235 bombacığı və 2 ədəd dron zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 9 714 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

1
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə