Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycanda xarici dillərdə yazan peşəkar jurnalistlərə ehtiyac var

© Sputnik / Anar Mustafayev“Jurnalistikanın aktual problemləri və onların həlli yolları” mövzusunda debat
“Jurnalistikanın aktual problemləri və onların həlli yolları” mövzusunda debat - Sputnik Azərbaycan
Abunə olmaq
Ülkər Abdullayeva: "Müasir dünya standartlarına uyğun media məhsulları yarada bilən və bunu xarici dillərdə etməyi bacaran jurnalistlərin yetişdirilməsinə ehtiyac var"

BAKI, 19 iyul — Sputnik. Bu gün Azərbaycan jurnalistikasının qarşısında hansı məsələlər dayanır? Milli mediamızın hansı problemləri var və onlardan çıxış yolları hansılardır?

Bu suallara Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində tanınmış jurnalistlər — Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzvü Müşfiq Ələsgərli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət və "Sputnik Azərbaycan" BİA-nın əməkdaşı Ülkər Abdullayeva cavab veriblər.

Moderator İlqar Vəlizadə qeyd edib ki, ictimaiyyəti 22 iyul Azərbaycanda Milli Mətbuat Günü ərəfəsində ölkəmizdə media ilə bağlı çağırışların, tendensiyaların nədən ibarət olduğu maraqlandırır. 

Media - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkili: "Banklar jurnalistlərin hüquqlarını pozur"

Müşfiq Ələsgərli mövzu ilə bağlı danışarkən deyib ki, Azərbaycan mediası istər I Avropa Oyunları, istər İslam Həmrəyliyi Oyunları, istər Formula 1 yarışları, istərsə də 2016-cı ilin aprel döyüşləri və 2017-ci ilin 4 iyul hadisələri zamanı öz gücünü nümayiş etdirə bilib:

"Azərbaycan jurnalistləri bu döyüşdən uğurla çıxa, Azərbaycanın haqq səsini dünyaya çatdıra, haqlı mövqeyini müdafiə edə bildilər".

O qeyd edib ki, hazırda Azərbaycanın on-line mediası dünya mediasına inteqrasiya edir. Artıq dünya KİV-ləri Azərbaycan KİV-lərinə istinadla məlumatlar yayırlar.

Ələsgərlinin sözlərinə görə, dünyanın transmilli media şirkətlərinin ölkəmizlə bağlı qərəzli, maraqlara köklənən, yalan informasiyalarına rast gəlirik. Bu, qeyri-məqbul standartlara qarşı Azərbaycan mediası öz sözünü deməlidir.

Ələsgərli "Freedom House" kimi Azərbaycanla bağlı davamlı olaraq qərəzli hesabatlar yayan təşkilatın iyulun 4-də 2 yaşlı uşağın və onun nənəsinin ölümünə susqunluqla yanaşdığını xatırladıb. Bununla belə, qeyd edib ki, mülki vətəndaşlarımızın qətlə yetirilməsi məsələsi dünyanın aparıcı KİV-lərində yer alıb.

Azər Həsrət isə qeyd edib ki, Azərbaycan mediası MDB məkanı ilə müqayisədə geridə qalmayıb, əksinə, biz bir sıra qonşu ölkələrdən media sahəsində xeyli irəli getmişik: 

Xarici dillərdə yazan peşəkar jurnalistlərə ehtiyacımız var - Sputnik Azərbaycan
VİDEO
Xarici dillərdə yazan peşəkar jurnalistlərə ehtiyacımız var

"Azərbaycanın jurnalist təşkilatları xeyli məsafə qət ediblər. Azərbaycanlı jurnalistlərin beynəlxalq jurnalist təşkilatlarının rəhbər strukturlarında təmsil olunmasını xüsusilə qeyd etməliyik."

Həsrət təəssüflə bildirib ki, çap mediası artıq tarixə qovuşmaqdadır, lakin biz hələ də nəşriyyat-poliqrafiya sahəsində, qəzetlərin tərtibatı məsələsində xeyli geri qalırıq.

"Bizdə bu günə qədər qəzetlər ağ-qara rəngdə çıxır. Məsələn, heç Qazaxıstanın qəzetləri ilə müqayisə oluna bilməzlər. Baxmayaraq ki, prezident hər il qəzetlərə maliyyə yardımı ayırır, amma onlar istənilən səviyyədə çap olunmur" – deyən Azər Həsrət buna rəğmən xarici dillərdə, hətta Çin dilində xəbərlər yayan informasiya agentliklərimizin olduğunu müsbət hal kimi dəyərləndirib.

O həmçinin qeyd edib ki, dövlət bu sahədə üzərinə düşən bütün işləri görür və biz artıq əvvəllər olduğu kimi informasiya blokadasında deyilik.

"Biz medianın müsbət inkişaf tendensiyasından yararlanaraq, əldəki imkanlardan maksimum istifadə edərək öz həqiqətlərimizi dünya məkanına çıxarmalıyıq" – deyə Həsrət əlavə edib.

Ülkər Abdullayeva isə deyib ki, KİV-in problemlərindən danışarkən jurnalistikanın problemləri ilə ümumilikdə medianın problemlərini ayırmaq lazımdır.

"Son zamanlar ölkəmizdə belə bir tendensiya var ki, başqa sahələrdə iş tapa bilməyən insanlar jurnalistikaya axın edirlər. Onların peşəkar səviyyəsi, informasiyanı düzgün çatdırmaq, araşdırma aparmaq, fikirlərini səlis dildə ifadə etmək bacarıqları olmadığına görə, "copy-past"-la, ya da primitiv və ya əsassız informasiyalar yaymaqla məşğul olurlar" – deyən Abdullayeva son günlər sosial mediada jurnalistika ilə bağlı müzakirələrə də toxunub. Qeyd edib ki, peşəkar jurnalistlərin yetişməsi üçün təkcə nəzəriyyəyə istinad edən universitet təhsili deyil, həm də dünyanın aparıcı media qurumlarının üstünlük verdiyi informasiyanı təqdim etmə, araşdırma aparma, müsahiblə danışma və s. sistemlərin öyrədildiyi, bunları təcrübədə tətbiq etməyə imkan verən təhsil mərkəzləri olmalıdır. Bu məsələdə əsas ağırlıq peşəkar jurnalist yetişdirməkdə maraqlı olan media qurumlarının üzərinə düşür. Eyni zamanda BDU-nun Jurnalistika fakültəsinin də işini təkmilləşdirməyə ehtiyac var: "BDU-nun Jurnalistika fakültəsi sovet jurnalistikasının tədrisi ənənəsindən qurtarmalıdır. Burada yeni keyfiyyətdə jurnalistlərin hazırlanmasına başlanılmalıdır. Müasir dünya standartlarına uyğun media məhsulları yarada bilən və bunu xarici dillərdə etməyi bacaran jurnalistlərin yetişdirilməsinə ehtiyac var". 

Reket jurnalist. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda reket jurnalistlər rüşvət aldıqları yerdə tutuldular

Qeyd edək ki, hər il 22 iyulda Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Azərbaycan KİV işçilərinin peşə bayramı ilk mətbu nəşrin — Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin (1875-1877) yaradıldığı gündür.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olub. Həmin fərmanla informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən "Qlavlit" ləğv olunub.

Xəbər lenti
0