Səbinə Əhmədova, arxiv şəkli

Erməni milyarderə ərə getməyə hazırlaşan Səbinə Gülbala qızı kimdir?

127
(Yenilənib 20:15 15.07.2017)
Xaçaturovla Əhmədovanın toylarının nə vaxt olacağı haqda hələlik dəqiq məlumat yoxdur

BAKI, 15 iyul — Sputnik. Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədova erməni milyarder, "Rosqostrax" şirkətlər qrupunun prezidenti Danil Xaçaturova ərə getməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya KİV-ləri yazıb.

45 yaşlı Xaçaturovun sərvəti "Forbes"in hesablamalarına görə, 2 milyard dollara yaxındır. Bir neçə ildir ki, Rusiyanın ən həsəd aparılan subaylarından biridir. Belə ki, erməni milyarder 2008-ci ildə dizayner Ulyana Sergeyenko ilə evlənib, 2013-cü ildə boşanıb.

Daha sonra Xaçaturovun gənc və yaraşıqlı rejissor Anna Məlikyanla sevgi məcarasına başladığı bildirilir. Erməni milyarderin növbəti sevgisi isə Səbinə Əhmədovadır. Onların arasında münasibət olduğu barədə Rusiya mediası ara-sıra yazırdı.

Xaçaturova ərə getməyə hazırlaşan Səbinə Əhəmədovaya gəldiksə isə, onun 36 yaşı var, əvvəllər evli olmayıb, uşaqları da yoxdur. Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda qarışıq ailədə anadan olub. Atası yarı yəhudi, yarı azərbaycanlıdır. Anası ermənidir. Səbinənin ailəsi 1990-cı ildə Bakıdakı məlum hadisələr zamanı Rusiyaya köçüb. Hazırda Rusiyanın tanınmış kino aktrisalarından biridir.

Xaçaturovla Əhmədovanın toylarının nə vaxt olacağı haqda məlumat yoxdur.

127
Teqlər:
Danil Xaçaturov, "Rosqostrax" şirkətlər qrupu, Səbinə Gülbala qızı Əhmədova, rusiyalı aktrisa, Azərbaycan
Əlaqədar
Azərbaycanın xalq artisti "erməni qalmaqalı"nda
"Ermənistan KTMT-nin digər ölkələrini təxribata cəlb etmək istəyir"
Ermənilər Gürcüstanda Azərbaycan əleyhinə təxribat törətdilər
Erməni ordusundan acı etiraf
Ermənistan ordusuna ağır zərbə: Zəhranın qisası alındı
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

14
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

14
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar