Nazirlər Kabineti

Tarif Şurası qərarını ləğv etdi

21633
(Yenilənib 18:48 15.07.2017)
Şuranın bu sahədə olan müvafiq qərarları ləğv edilib

BAKI, 15 iyul — Sputnik. Tarif Şurasının dünənki iclasında, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli Qərarına əsasən, dəmir yolları ilə ölkədaxili və beynəlxalq yük və sərnişin daşıma xidmətlərinin tariflərinin müəyyən edilməsinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətlərinə aid edildiyi və Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli Qərarına əsasən, dəmir yolları ilə yük və sərnişin daşıma xidmətlərinin, tarifləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarıldığı nəzərə alınaraq, Şuranın bu sahədə olan müvafiq qərarları ləğv edilib. Bu barədə Sputnik Azərbaycan-a Tarif Şurasından məlumat verilib.

Tarif (qiymət) Şurasının iclasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, bir sıra dərman vasitələrinin qiymətləri də təsdiq edilib. Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10385 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

21633
Teqlər:
Tarif Şurası, qərar, ləğv, iclas
Əlaqədar
Tarif Şurasının səlahiyyətləri dəyişdi
Tarif Şurasının açıq buraxdığı sual: hər kəs ona cavab axtarır
Tarif Şurası tələbə qəbulunun qiymətlərini açıqladı
Bu qurum gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib
Tarif Şurası KİV-ə xəbərdarlıq etdi
Qəbul imtahanlarının qiyməti ilə bağlı təkliflər Tarif Şurasına göndərildi
Jurnalist, arxiv şəkli

"Hərbi forma geyinməyin!" - Əflatun Amaşov

1
Ermənistan tərəfdən də xarici media təşkilatları ilə sıx təmaslar var. Tutalım, bizimlə bağlı bir xəbər hansısa nüfuzlu media təşkilatının saytında gedirsə, onlar dərhal çalışırlar ki, onun əsassızlığını sübuta yetirib materialı sildirsinlər.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlərə müraciət edib.

Sputnik Azərbaycan üraciət mətnini təqdim edir:

"Əziz və dəyərli cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlər!

Çox çətin şəraitdə çalışırsınız. Həyat və sağlamlığınızla risk edirsiniz. Bu, Vətən qarşısındakı müstəsna və danılmaz xidmətinizdir. Sizə hörmət və ehtiramımızı bildiririk.

Əziz dostlar, həmkarlar, daxilinizdəki ruh yüksəkliyini və coşğunu da anlayırıq. Ancaq işinizi görərkən hərbi formada, hərbi forma rəng çalarları olan paltarlarda olmayın. Məsələ yalnız onda deyil ki, bununla özünüzü açıq hədəfə çevirirsiniz. Hərçənd bu da əsasdır. Daha bir əsas məsələ sosial şəbəkələrdəki, xüsusən "Facebook"dakı şəkillərinizdir. Ora hərbi formada, əldə silah şəkil qətiyyən qoymayın.

Yada salım ki, biz hərbi formada, əlində mikrafon, diktafon, çiynində avtomat olan erməniləri görürdük. Əsaslandırırdıq ki, onların başlarına bir iş gəlsə, ermənilər başlayacaqlar ki, Azərbaycan Ordusu jurnalistlərə atəş açıb.

Allah eləməsin ki, başınıza bir iş gəlsin. Canınızı sağ və sağlam olsun. Gün o gün olsun ki, hər biriniz tam qələbə xəbərlərinin müjdəçisi olasınız. Amma müharibədir, hər şey mümkündür. Müharibənin ağırlığını sizlərə izah etməyə heç ehtiyac yoxdur. Hər gün görür və yaşayırsınız...

Uzun sözün qısası, sizlərlə bağlı hansısa hadisəni beynəlxalq media ictimaiyyətinin diqqətinə çatdıranda, xarici həmkarlarımızın etdikləri ilk iş açıb "Facebook"da sizinlə maraqlanmaq olur. Bu halda qarşılarında hərbi formalı adam çıxanda məsələni diqqətə çatdıranlara, yəni bizə münasibətləri heç də yaxşı olmur. İlk təəssürat çox çox önəmlidir. Prinsipial olaraq gördüklərinə inanırlar. Belədə qaldırılan haqlı problem əhəmiyyətini itirir.

Üstəlik onu da nəzərə alın ki, Ermənistan tərəfdən də xarici media təşkilatları ilə sıx təmaslar var. Tutalım, bizimlə bağlı bir xəbər hansısa nüfuzlu media təşkilatının saytında gedirsə, onlar dərhal çalışırlar ki, onun əsassızlığını sübuta yetirib materialı sildirsinlər. Hər vasitəyə əl atırlar. Cəbhə bölgəsində olan jurnalistin hərbi formadakı şəklindən gözəl sübut isə yoxdur. Bunu mütləq qaydada nəzərə almağınızı xahiş edirəm.

Hər birinizə bol-bol uğurlar və cansağlığı arzulayıram!"

1
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli

Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşüb

10
Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

BAKI, 21 oktyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla görüşüb. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib", - deyə məlumatda qeyd olunub.

10