Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq

© Photo : Facebook / BakutransportSovetskidə yeni salınmış yol
Sovetskidə yeni salınmış yol - Sputnik Azərbaycan
Abunə olmaq
"Azəravtoyol" ASC yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir

BAKI. 9 iyul — Sputnik. Sabah səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq.

"Report" "Azəravtoyol" ASC-yə istinadən xəbər verir ki, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.

"Azəravtoyol" ASC yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Xəbər lenti
0