Rəşad Qafarov

Qətlə yetirilən adamı ilə bağlı rəsmi bəyanat yayıldı

166
(Yenilənib 16:07 04.07.2017)
Azərbaycanın Çexiyadakı səfirliyi: "Bu məlumat açıq böhtan xarakteri daşıyır"

BAKI, 4 iyul — Sputnik. Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində mərhum Rəşad Qafarova dair qeyri-dəqiq məlumatların yayılması ilə əlaqədar olaraq Azərbaycanın Çexiyadakı səfirliyi bəyanat yayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bəyanatda bildirir:

"Cari il iyunun 29-da Azərbaycan Respublikasının vətəndaşı Rəşad Qafarov Çexiyanın Praqa şəhərində özünə məxsus nəqliyyat vasitəsində cansız vəziyyətdə polis tərəfindən aşkarlanıb. Sözügedən məsələ ilə bağlı səfirlik polis orqanları ilə əlaqə saxlayaraq, baş vermiş hadisənin təfərrüatları barədə məlumat əldə etməyə çalışıb. Baş verən hadisənin qətl hadisəsi kimi törədildiyi ehtimal olunur.

Hazırda Çexiyanın hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır. Səfirliyin konsulluğu tərəfindən mərhumun ailə üzvlərinə lazımi köməklik və dəstək göstərilir.

Bəzi Azərbaycan kütləvi informasiya vasitələrində mərhum R.Qafarovun Azərbaycanın Çexiyadakı səfirliyinin hər hansı bir nümayəndəsi ilə ortaq biznes maraqlarının olması ilə əlaqədar olaraq əsassız iddialar irəli sürülüb. Bu məlumat açıq böhtan xarakteri daşıyır.

Qeyd etmək istərdik ki, mərhum Rəşad Qafarov Azərbaycanın Çexiyadakı diasporasının fəal üzvlərindən biri olub. Mərhum Rəşad Qafarov artıq 2008-ci ildən Çexiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və çalışdığı sektorda kifayət qədər nüfuz sahibi olub.

İstintaq aparıldığı zaman KİV-lərdə qeyri-dəqiq məlumatın dərc olunması istintaqın gedişinə habelə, Azərbaycan səfirliyinin Çexiyadakı fəaliyyətinə mənfi təsir göstərəcək. Bununla əlaqədar, məlumatların hər tərəfli yoxlanılması zəruridir".

166
Teqlər:
Rəşad Qafarov, iş adamı, qətl, Çexiya, Azərbaycan, məlumat
Əlaqədar
Kirayənişinin qətli məsələsi xüsusi nəzarətə götürüldü
Dəhşətli qətlin tükürpədən təfərrüatları
Anasını qətlə yetirən şəxs polisə təslim oldu
Azərbaycanda gerçək qətliam törədilib - təfərrüatlar
Qısqanclıq zəminində dəhşətli qətl
Qohumların söhbəti qısa oldu və qətllə başa çatdı
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

4
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

4
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

5
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

5