Rayonlarda qeyri-sabit hava şəraiti gözlənilir

© Sputnik / Murad OrujovНа Баку обрушился ливень
На Баку обрушился ливень - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 30-da bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq

BAKI, 29 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Ветроуказатель, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ehtiyatınızı əldən verməyin: hava xəbərdarlığı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 30-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0