Manat və dollar

Valyuta hərracında dollar ucuzlaşıb

781
(Yenilənib 15:00 29.06.2017)
Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib

BAKI, 29 iyun — Sputnik. Bu gün Mərkəzi Bankda (MB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. MB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7021 səviyyəsində formalaşıb.

Qeyd edək ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7022 manat olub.

781
Teqlər:
MB, Dövlət Neft Fondu, məzənnə, Mərkəzi Bank, dollar, hərrac
Əlaqədar
Dollar bayramdan yeni məzənnə ilə çıxıb
Dolların bayram qiyməti
Dolların sabaha olan məzənnəsi açıqlanıb
Dolların məzənnəsi belə oldu
Dollar bu həddə qədər bahalaşdı
Dolların sabaha olan məzənnəsi açıqlandı
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr
Notebook-la oynayan kişi, arxiv şəkli

Bu qurum vətəndaş müraciətlərini sosial səhifələr vasitəsilə cavablandıracaq

4
Vətəndaşlar həmin səhifələr vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər

 

BAKI, 1 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabrın 1-dən vətəndaş müraciətlərini özünün yeni fəaliyyətə başlayan facebook, instagram, telegram və twitter sosial səhifələri vasitəsilə də cavablandıracaq. Bu barədə Sputnik Azərbaycan-a DSMF-dan məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar həmin səhifələr:

www.facebook.com/dsmf.sosial.gov.az/

www.instagram.com/dsmf.sosial.gov.az/

t.me/dsmfsosialgovaz

twitter.com/dsmfsosialgovaz

vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun şəkildə izahatlar veriləcək. Araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada baxılaraq nəticəsinə uyğun tədbirlər görüləcək və müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılacaq. Sosial şəbəkə səhiflərində DSMF-nin fəaliyyəti, bu sahədəki yeniliklər də ictimaiyyətə təqdim ediləcək.

4
Teqlər:
sosial şəbəkə, Əmək və əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu