Dollar bayramdan yeni məzənnə ilə çıxıb

© AFP 2023 / OZAN KOSE ABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
"Qara bazar"da dolların satışı bahalaşdı

BAKI, 29 iyun — Sputnik. İyun ayının 29-də "qara bazar"da dollar bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6900 manat olaraq qalıb, satışı isə 1.6950 manatdan 1.7000 manata bahalaşıb.

Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dolların bayram qiyməti

Avronun "qara bazar" kursu isə dəyişməyib. Hazırda Avropa valyutasının alışı 1.8800 manat, satışı isə 1.8900 manat olaraq qalıb.

Bununla belə, bu gün banklararası ticarətdə dollar yenidən düşüb. "Bloomberg" terminalında dollar günə 1.6960 manat kursu ilə başlayıb. Başqa sözlə, dollar manat qarşısında 0,48% dəyər itirib.

Qeyd edək ki, ötən gün "Bloomberg"də dollar ticarəti 1.7000 manat məzənnəsi ilə yekunlaşmışdı. Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xəbər lenti
0