ABŞ prezidenti Donald Tramp

ABŞ məhkəməsi Trampın fərmanını qismən dəstəklədi

26
(Yenilənib 22:05 26.06.2017)
ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb

BAKI, 26 iyun — Sputnik. Bu gün ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Trampın həmin fərmanı İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının 90 gün müddətinə ABŞ-a gəlişinə qadağanı nəzərdə tutub. İraq sonradan bu siyahıdan çıxarılıb. Lakin Vaşinqton ştatının Sietl Federal Məhkəməsi və Havay ştatının Qonolulu Federal Məhkəməsi bu fərmanın əleyhinə qərar verib və fərman icra olunmayıb.

ABŞ Ali Məhkəməsinin qərarı o deməkdir ki, Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı qismən icra olunacaq.

Ali Məhkəmənin növbəti iclası oktyabra təyin edilib. Ancaq bu qərar həmin ölkələrin ABŞ təşkilatları və vətəndaşları ilə sıx əlaqələri, ABŞ-da biznesi olan vətəndaşlarının gəlişinə qadağanı məhdudlaşdırıb. Yəni fərman bu şəxslərə şamil olunmayacaq.

Xatırladaq ki, D. Tramp iyunun əvvəlində ABŞ Ali Məhkəməsinə müraciət edib.

26
Teqlər:
ABŞ Ali Məhkəməsi, mühacirlər, prezident Donald Tramp, ABŞ
Əlaqədar
Avropalılar və amerikalılar mühacir böhranının səbəbləri barədə
Daha bir mühacir gəmisi batdı
Vladimir Putin mühacir böhranına görə Qərbi qınadı
Avropa mühacir axınına çarə axtarır

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

6
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

6
Teqlər:
mafiya, İtaliya
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

16
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

16