Qubada ağır qəza: sürücü hadisə yerində öldü

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 26 iyun — Sputnik. Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə iyunun 26-da günorta saat 13:00 radələrində Quba rayonunun Nərimanabad kəndi ərazisində qeydə alınıb.

Rayon sakinləri Elgün Hüseynovun idarə etdiyi "Opel" və Seyhun İsayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsi yolun kənarında dayanmış "Volksvagen" və "Mitsubishi" markalı avtomobillərə dəyib.

Nəticədə E.Hüseynov hadisə yerində ölüb, S.İsayev isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırma aparır.

 

Xəbər lenti
0