Morq

İraqlı turist Bakıda qaldığı kirayədə ölü tapılıb

110
(Yenilənib 01:08 26.06.2017)
Təcili yardım briqadası həmin ünvana gələndə onun keçindiyi üzə çıxıb

BAKI, 25 iyun — Sputnik. İraq Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Abdulzehra Zarraq Kareem Alkalga adlı şəxs Fikrət Əmirov küçəsində kirayə yaşadığı mənzildə vəfat edib.

Sputnik Azərbaycan lent.az-a istinadla xəbər verir ki, təcili yardım briqadası həmin ünvana gələndə onun keçindiyi üzə çıxıb və daha sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bildirilir ki, vəfat edən şəxs Bakıya turist kimi gəlibmiş və ilkin araşdırmalar zamanı onun ürək tutmasından vəfat etdiyi aydınlaşıb.

110
Teqlər:
vəfat, İraq, Bakı, turist, Abdulzehra Zarraq Kareem Alkalga
Əlaqədar
Turist ərəblər çöl quşu əvəzinə mikroavtobusu "vurdular"
Azərbaycana hər gün 600-dən çox ərəb turist gəlir