Leysan

Sabah da leysan gözlənilir - bu bölgələrdə

1499
(Yenilənib 14:18 21.06.2017)
İyunun 22-də şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir

BAKI, 21 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 22-də havanın tutulub açılacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 22-25, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 22-də şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

1499
Teqlər:
Abşeron yarımadası, leysan, Bakı, şimşək, hava
Əlaqədar
Qarşıdakı 3 gündə: leysan, dolu, külək
Bəzi rayonlarımızı leysan vurub
Sabahın hava proqnozu: bəzi yerlərə leysan, bəzi yerlərə 36° isti
Hava xəbərdarlığı gəldi: şimşək, leysan, dolu...
Güclü külək və leysan Lerikdə fəsadlar törətdi
Sabah leysan olacaq