BAKI, 16 iyun — Sputnik. Türkiyənin Suriya ilə sərhədində, Kilis rayonunda, çoxlu sayda partlayıcı maddə və canlı bomba jileti ilə tutulan 5 İŞİD üzvünün barəsində həbs qətimkan tədbiri seçilib. Sputnik Azərbaycan Milliyet-ə istinadla xəbər verir ki, İnanlı kəndi yaxınlığında polis və jandarma qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində, Azərbaycan əsilli, 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova və 42 yaşlı Nazənin Zeynalova, həmçinin, 44 yaşlı Anaçtaçnır Pozdiva və Bosniya və Herseqovina hökuməti tərəfindən axtarılan 37 yaşlı Begzat Spahiç ələ keçib.
Şübhəlilər məhkəmə qarşısına çıxarılıb və "terror təşkilatı İŞİD üzvü olmaq və partlayıcı maddə saxlamaq" ittihamı ilə həbs olunublar. Təhlükəsizlik qüvvələri İŞİD üzvlərinin terror aktı törətməyi planlaşdırdıqlarını açıqlayıb.
Qeyd edək ki, ötən gün Kilisdə qeyri-qanuni yollarla Suriyadan Türkiyəyə gələn, yanlarında 2 uşaq olan 5 əcnəbi nəzarətə alınmışdı. Şübhəlilərin üzərindən və çantalarından partlayıcı maddələr və canlı bomba jileti ələ keçirilmişdi.
BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.
125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.
BAKI, 20 yanvar — Sputnik. Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.