Dollar bu həddədək bahalaşdı

© Sputnik / Anton Denisov / Mediabanka keçidМужчина пересчитывает доллары США, фото из архива
Мужчина пересчитывает доллары США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin əksər bankları valyuta alış-satış qiymətlərinə dəyişiklik edib

BAKI, 13 iyun — Sputnik. Bu gün banklararası ticarətdə dollar yenidən bahalaşıb. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, "Bloomberg" terminalında dollar günə 1.6927 manat kursu ilə başlayıb və 1.6938 manata qədər yüksəlib. Başqa sözlə, dollar manat qarşısında 0,46% dəyər qazanıb.

Доллары США, фото из архива - Sputnik Azərbaycan
Dollardan qəfil sıçrayış

Qeyd edək ki, iyunun 12-də "Bloomberg"də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı. Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirir. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Bu arada, ölkənin əksər bankları da valyuta alış-satış qiymətlərinə dəyişiklik edib. Bu gün səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6910 manata, ən sərfəli satışı 1.6930 manata bərabərdir.

Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə "AmrahBank", "Atabank", "Bank of Baku", "Bank Silk Vey", "Turanbank" və "Yapı Kredi Bank Azərbaycan" dolların alış qiymətini bahalaşdırıb:

"AmrahBank" – 1.6880 manatdan 1.6900 manatadək;

"AtaBank" – 1.6800 manatdan 1.6850 manatadək;

"Bank of Baku" – 1.6700 manatdan 1.6750 manatadək;

"Bank Silk Vey" – 1.6750 manatdan 1.6800 manatadək;

"Turanbank" – 1.6900 manatdan 1.6950 manatadək;

"Yapı Kredi Bank Azərbaycan" – 1.6750 manatdan 1.6840 manatadək.

Lakin "Azər-Türk Bank" əksinə dolların alış qiymətini ucuzlaşdırıb: 1.6900 manatdan 1.6850 manatadək.

Bundan başqa, "Bank Silk Vey" və "Yapı Kredi Bank Azərbaycan" ABŞ valyutasının satış qiymətinə də dəyişiklik edib:

"Bank Silk Vey" 1.6920 manatdan 1.7000 manatadək bahalaşdırıb;

"Yapı Kredi Bank Azərbaycan" isə 1.7050 manatdan 1.6990 manatadək ucuzlaşdırıb.

Xəbər lenti
0