Qazaxda ailə faciəsi: 8 10 yaşlı iki qardaş boğularaq ölüb

367
(Yenilənib 16:37 11.06.2017)
Qardaşların cəsədləri göldən çıxarılaraq ailələrinə təhvil verilib

BAKI, 11 iyun — Sputnik. Qazax rayonunda iki qardaş suda boğulub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayonun Dəmirçilər kənd sakini 2007-ci il təvəllüdlü Bayramov Nihad Mürşüd oğlu və 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlu kəndin ərazisində süni yaradılmış göldə boğulub.

Qardaşların cəsədləri göldən çıxarılaraq ailələrinə təhvil verilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

367
Teqlər:
ailə faciəsi, göl, qardaşlar suda boğuldu, Qazax
Əlaqədar
Başı daşa dəydi, çayda boğuldu
15 yaşlı oğlan Xəzərdə boğuldu
Toy günü gəlin suda boğuldu
Azərbaycanlı uşaq Antalyada boğuldu
Pirşağı çimərliyində polis boğuldu
La Casa de Papel serialından kadr

"La Casa de Papel" pərəstişkarlarına müjdə - bu mövsüm serialın son yayım ili olacaq

2
Bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

BAKI, 16 may — Sputnik. "Netflix"-in Türkiyə hesabından populyar "La Casa de Papel" serialı ilə bağlı paylaşım edilib.

"Twitter" hesabında paylaşımda məşhur ekran əsərinin növbəti mövsümü ilə bağlı məlumat verilib. Bildirilib ki, serialın 5-ci mövsümünün çəkilişləri artıq tamamlanıb.

​Qeyd olunub ki, bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

Eləcə də oxuyun:

*"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın olub

"Netflix"də yayımlanacaq serialın çəkilişi dayandırıldı, səbəb... - VİDEO

 

2
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

4
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

4