Çay yataqlarına yaxın ərazilərdə yaşayanlara xəbərdarlıq

© arguspost.comLerikdə sel
Lerikdə sel - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Hidrometeorologiya Departamenti qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

BAKI, 11 iyun — Sputnik. Ölkə əhalisinə sabah Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 12-dən 13-ü gündüz saatlarınadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli yağışlar yağacaq, dolu düşəcək.

Çaylarda suyun səviyyəsinin artması səbəbindən sel düşəcəyi ehtimalı var. Odur ki, çay yataqlarına yaxın ərazilərdə yaşayan sakinlərin ehtiyat tədbirləri görməsi məsləhətdir.

Sabah ölkəyə Qərb küləyi hakim olacaq. Ayrı-ayrı yerlərdə külək arabir 20-25 m/s-dək güclənəcək.

Xəbər lenti
0