BAKI, 10 iyun — Sputnik. Sumqayıt şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəstəxanaya kütləvi müraciət daxil olub:
"Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən 2-7 yaş arasındadır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri laboratoriyaya göndərilib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq".
Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanada olub.
BAKI, 28 yanvar — Sputnik. Koronavirusla mübarizə üçün Türkiyənin yerli istehsalı olan üç yeni növ peyvəndin sınağına başlanılır. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Dünyanın koronavirusla mübarizə apardığı dövrdə elm adamlarımızın əldə etdiyi nailiyyətləri də izləyirik. 436 alim peyvənd və dərman hazırlamaqla bağlı 17 layihə həyata keçirir. Alimlərimizin iş və təcrübələri dünyaya örnək olaraq göstərilir. Üç yeni növ peyvəndin sınağına başlanılır. Yeni növ peyvəndin yerli və milli istehsalı məsələsində özəl sektoru da səfərbər etdik. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ABŞ və Çindən sonra ən çox peyvənd layihəsini həyata keçirən ölkəyik".
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100,8 milyonu keçib, 2,17 milyondan çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 28 yanvar — Sputnik. "Bir sloqanımız var: "Hər bir millətin Nizami Gəncəvisi olsaydı, bu dünya sülh və əmin-amanlıq yeri olardı. Yəni, hər kəs öz qonşusuna azərbaycanlılar kimi baxsaydı, dünyada problem olmazdı". Biz də istəyirik ki, dünyaya çatdıraq ki, biz Nizaminin varisləriyik, biz yalnız sülh istəyirik".
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri Elnur Əliyev "Nizami Gəncəvi İli" çərçivəsində hansı addımların atılacağı ilə bağlı Sputnik Azərbaycan-la söhbətində vurğulayır ki, şəxsən tanıdığı xarici ölkələrdən olan insanların Nizaminin əsərlərini maraqla oxuması, onu oxuyaraq tanıması faktına çox sevinir.
"Hazırda "Nizami İli" çərçivəsində müxtəlif mövzuda seminarlar təşkil olunur. Onlayn formatda keçirilən həmin seminarlara xarici ölkələrdən ekspertlər, Nobel mükafatçıları, siyasi rəhbərlər cəlb olunurlar. Bundan başqa, Nizami irsinin təbliği və təşviqi ilə məşğuluq", - deyən Əliyev əlavə edir ki, ölkəmizdə 7-dən 77-yə qədər hər kəs Nizamini tanıyır, yaradıcılığı ilə tanışdır.
İlham Əliyevdən 2021-ci illə bağlı qərar>>
Müsahibimiz bildirib ki, mərkəzin məqsədi dahi şairi dünyaya Azərbaycan şairi kimi təqdim etməkdir: "Biz bu təbliğata ABŞ, Hindistan, Pakistan, Avstraliya, Böyük Britaniya və qonşu ölkələrdən nüfuzlu alimləri də cəlb edirik. Demək olar ki, dünyanın dörd bir yanından olan nizamişünaslar və şərqşünaslarla sıx əməkdaşlıq edirik. Mərkəz olaraq Azərbaycanda yerləşirik. Amma dünyada Nizami ətrafında aparılan təhlilləri, elmi-akademik təhlilləri bir araya toplayırıq".
"Biz Nizamini təbliğ etməklə eyni zamanda da öz mədəniyyətimizi təbliğ etmiş oluruq", - həmsöhbətimiz deyib.
Mərkəzin sözçüsü qeyd edib: "Məqsədimiz budur ki, insanlıq Nizami Gəncəvidən bəhrələnsin. Onun adının tanınması ilə bağlı bir sıra addımlar atılacaq. Adına küçələr salınmaqla, heykəllər qurmaqla, eyni zamanda, elm aləmində Nizaminin əsərlərinin təşviq edilməsi onu dünyaya bir daha tanıdacaq. Başqa bir layihəmiz də var. İstəyirik ki, Azərbaycan universitetlərində öz tələbələrimizə və xarici tələbələrimizə xaricdən dəvət olunmuş nizamişünasların mühazirələrini təşkil edək. Bəzən xaricdən gələn nizamişünaslar Gəncəvi haqqında elə maraqlı məqamlara toxunurlar ki, heç biz bunu bilmirik. Gəncəvini "böyük Şeyx", "böyük alim" adlandırmaları bizi qürurlandırır".
XIX əsrin əvvəllərinə qədər Yaxın Şərqdə hakimiyyətə gələn insanlar, varlı şəxslər özlərinə borc biliblər ki, şəxsi kitabxanalarında Nizaminin "Xəmsə"si olsun. Həmin dövrün hökmdarları, zəngin insanları miniatür "Xəmsə" hazırladıblar.
"Ola bilər ki, hər kəsin "Xəmsə"ni oxumağa vaxtı olmasın. Məqsədimiz odur ki, dahi şairin bədii və fəlsəfi irsini daha əlçatan edək. Ona görə də biz Nizaminin gənclərdə gördüyü dəyər haqqında platforma yaratmaq istəyirik. Başqa bir layihə də var. Biz Koreya ilə işləmək istəyirik. Orada Azərbaycan çox az tanınır. Nizami də az tanınır. Biz istəyirik, ilkin mərhələ olaraq orada Gəncəvi haqqında müzakirə aparaq. Artıq tərəfdaşlarımızı müəyyənləşdirmişik", - deyə mərkəzin sözçüsü fikrini tamamlayıb.