Natiq Əliyevlə vida mərasimi

Fərhad Əliyev: "O, gözəl ata, ailə basçısı idi"

172
(Yenilənib 17:08 10.06.2017)
Xoşbəxt Yusifzadə: "Biz böyük bir insanı itirmişik"

BAKI, 10 iyun — Sputnik. Bu gün Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycanın energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, mərasimdə dövlət və hökumət nümayəndələri, qonaqlar çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüblər.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Natiq Əliyevin Azərbaycanın neft-qaz sektorundakı xidmətlərindən, bu sahəyə verdiyi töhfələrdən danışıb.

"Natiq Əliyev onu tanıyan hər kəsin yaddaşında vətənə xidmət etmiş şərəfli insan kimi qalacaq. Mərhum beynəlxalq energetika siyasəti sahəsində Azərbaycanı layiqincə təmsil edib" — deyə Ələsgərov bildirib.

O, mərhumun "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər neft və qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə deyib ki, ömrünün çox hissəsində Natiq Əliyevlə birlikdə işləyib.

"Natiq Əliyev "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üçün xarici şirkətlərlə müqavilənin imzalanmasına dair danışıqlar aparıb. Onun "Əsrin müqaviləsi"nin imzalanmasında xidməti var. Natiq Əliyev Azərbaycan Dövlət Neft Şirkətində işləyən vaxtlarda 33 beynəlxalq müqaviləyə imza atıb. Nazir olduğu vaxt Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı böyük işlər görüb. Biz böyük bir insanı itirmişik. Natiq Əliyevin əziz xatirəsi daim onu tanıyanların yaddaşında qalacaq" — deyə Yusifzadə bildirib.

"Azərenerji" ASC prezidenti Etibar Piverdiyev, "Azərişıq" ASC-nin sədri Balababa Rzayev Natiq Əliyevin Azərbaycanın neft strategiyasının həyata keçirilməsində mühüm rolunu vurğulayıb.

Mərhumun oğlu Fərhad Əliyev atasının müalicəsi və həyata qaytarılması üçün göstərilən səylərə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. "O, gözəl ata, ailə basçısı idi" — deyən Fərhad Əliyev atasının xatirəsini əziz tutaraq vida mərasiminə qatılanlara minnətdarlığını bildirib.

Bununla da vida mərasimi başa çatıb. İyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edən Natiq Əliyev II Fəxri Xiyabanda torpağa veriləcək.

172
Teqlər:
Fərhad Əliyev, "Azərenerji" ASC prezidenti Etibar Piverdiyev, SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, Natiq Əliyevlə vida mərasimi keçirilib, Natiq Əliyev, Azərbaycan
Əlaqədar
Natiq Əliyevin nə vaxt və hansı şəraitdə vəfat etdiyi açıqlandı
Xəstəxana: Nazir Natiq Əliyevin vəziyyəti ağırdır
Azərbaycanda nazir dünyasını dəyişdi

İsraillilər dua edərkən tribuna çökdü - VİDEO

5
(Yenilənib 23:05 16.05.2021)
İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb. Hadisə yerindən video sosial şəbəkələrdə yayılıb.

KİV-in məlumatına görə, hadisə zamanı yaralananların sayı artıq 160 nəfəri ötüb. İki nəfərin həlak olduğu deyilir. Daha altı nəfərin vəziyyəti ağırdır. 

Hüquq mühafizə orqanları dini ayin keçirilən zaman bütün təhlükəsizlik qaydalarına riayət olunub-olunmamasını araşdırır.

5
Teqlər:
yaralılar, çökmə, tribuna, sinaqoq, İsrail

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

7
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

7
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava