Təbiət inadından dönmür

CC0 / Pexels / RainДождь, фото из архива
Дождь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 3-də bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir

BAKI, 2 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 3-də bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, cənub-şərq küləyi əsəcək.

На Баку обрушился ливень - Sputnik Azərbaycan
Yenə yağış, şimşək, dolu

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 22-27, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 3-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0