ABŞ dollarları, arxiv şəkli

Dolların "qara bazar"ına "qan ağladırlar"

874
"Qara bazar"da dollar spredi yenidən minimum həddə düşdü

BAKI, 1 iyun — Sputnik. Dollar iyun ayına "qara bazar"da bahalaşma ilə başlayıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, iyun ayının 1-də dolların alışı 1.6800 manatdan 1.6900 manata, satışı isə 1.6900 manatdan 1.6950 manata yüksəlib.

Bununla da "qara bazar"da dollar alqı-satqısı üzrə spred iki həftədən sonra yenidən minimum həddə düşüb — 0,5 qəpik. Qeyd edək ki, sonuncu dəfə belə spred may ayının 18-da qeydə alınmışdı.

Adi qaydada isə "dollar alverçiləri" minimum 1 qəpik fərqlə alqı-satqı həyata keçirirlər. Amma "qara bazar"a müraciətlərin kəskin azalması ilə "dollar alverçi"lərini minimum fərqlə ticarət etməyə vadar edib.

"Müraciətlər azaldığına görə, daha az qazancla dollar alıb-satmağa məcburuq" — "qara bazar"ın təmsilçilərindən biri deyib.

Dollarla yanaşı, avronun "qara bazar"da satışı nisbətən bahalaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8500 manat olaraq qalıb, satışı isə 1.8900 manatdan 1.9000 manata kimi yüksəlib.

874
Teqlər:
"qara bazar", bahalaşma, məzənnə, manat, dollar
Əlaqədar
Dolların məzənnəsi sabit qalıb
Dolların çöküş dövrü başladı
Dolların sabaha olan məzənnəsi açıqlanıb
Mayın 30-na dolların məzənnəsi açıqlanıb
Dolların "qara bazar"ından xəbəriniz var?
Dolların sabaha olan məzənnəsi açıqlandı
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

0
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

0
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

1
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

1